Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

Laza yürüşü |addım.at

2018 ci ildə bu kənddən keçən marşrutdan möhtəşəm xatirələrlə qayıtmışdım. İlk öncə qoşa şəlaləyə, orada Mıxtökənə, daha sonra ordan qayıdıb Kəndin içi ilə Kuzun yolundakı şəlaləyə getmişdik. Günün sonunda isə, Ləzgi mətbəxindən “Tskan”ın dadına baxdıq. Ən yadımda qalan isə, su ehtiyacı üçün döydüyüm qapıda öncə çaydan daha sonra samovarla təqdim olunan çay oldu. Axşamdır. Yorğunsan, boğazın quruyub, hava soyuqdur və sənə çay təklif edirlər. Xanpəri … Laza yürüşü |addım.at oxumağa davam et