Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

İndi ağlımdan nə keçir?

Bazar günüdür, hava yenə istidir. Çölə çıxılacaq kimi deyil. Üstəlik evdə də nəsə etməyim də gəlmir. Belə olanda bütün Adəm övladları kimi mən də başımı qatmağa çalışıram. Ancaq bəzi vaxtlarda bu sadəcə keçici bir vasitədən uzağa getmir. Amma digər tərəfdən psixoloq olaraq bilirəm ki, əhvalıma təsir edən ağlıma gələn düşüncələr və bunlara inanan beynimdən başqası deyil. Hər bir psixoloqun psixoterapiya apara bilməsi üçün təkcə diplomu … İndi ağlımdan nə keçir? oxumağa davam et

Sabit yazı

Qarlı Laza- Kuzun yürüşü

İllər ötdükcə qlobal istiləşmənin təsirləri daha çox hiss olunur. Bunun ən bariz nümunəsi də qış mövsümündə havaların isti keçməsi, beləcə qarın yağmamasıdır. Şəhərdə yaşayanlar üçün isə qar, qışın qlamur tərəfidir. Kəndlilər eyni fikirdə deyil. Bu dəfəki səfərimizdə isə qarın o qədər kənardan göründüyü qədər gözəl olmaqla bərabər, əziyyətli bir şey olduğunu yaşadıq. Bu dəfəki səfərimiz, Qusarın ən məşhur marşrutlarından olan Laza-Kuzun marşrutu idi. Marşrut yay … Qarlı Laza- Kuzun yürüşü oxumağa davam et

Sabit yazı

Həbsdən çıxanda nələr etmək istərdiniz?

Azadlıqdan məhrum edilmiş insanları hər birimiz görüb-eşidirik. Kinolarda bu kimi mövzulara geniş yer verilib. Adətən istəmədən bu həyatı yaşayan bu insanlar ordakı davranışları və xarakterik xüsusiyyətləri ilə bir-birinə çox oxşasalar da, aralarında hər zaman fərqli olan birini də görmək istəməzlər. Hamı onlar kimi düşünməli, bir-birini incitməli, bir-birinə 4 divarı daha yaşanmaz hala gətirmək üçün əlindən gələni etməyə hazırdırlar. Adətən bu tipdə davranışlara əl atanlar isə … Həbsdən çıxanda nələr etmək istərdiniz? oxumağa davam et

Qaranohur gölünə yürüş

Adətən səyahətdən öncəki günlərdə beynimə vaz keçməklə bağlı rəngarəng fikirlər gəlir. Təbii ki, bu rəngarənglik qorxulu fikirlərlə özünə rəng qazanır. Bu dəfəki yürüşdən öncəki günlərdə, yürüş əsnasında çox rahat və sakit idim. İdarəetmə tamamilə mənim üzərimdə idi. Ancaq məsuliyyət mənə aşırı həyəcan vermək əvəzinə daha nəzarəti həyata keçirərkən daha soyuqqanlı davranırdım. Səhər 8 ə qalmış Bakıdan çıxdıq. Hava dəhşətli dərəcədə istidir. Nə qədər pəncərədən külək … Qaranohur gölünə yürüş oxumağa davam et