Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

Qütb ulduzu

Həyətdəyəm. Nənəmin həmişə altındakı oturacaqda oturduğu xurma ağacı olan yerdə. Doğulduğum, həyatımın ilk 17 ilini tam, sonrakı 13 ilini isə epizodik olaraq yaşadığım həyətdə. Keçən yaydan etibarən burda olmamışam. 30 yaşımdan öncə gəldiyimdə hər yer yaşıl və rəngarəng idi. İndi isə ağaclarla bərabər sanki evdə çılpaq və yaddır. Ya da mənə elə gəlir. Hava çiskinlidir. Yağış yağır. Arada belə havalarda siqareti niyə tərgitdiyimi sorğulayıram. Çünki, … Qütb ulduzu oxumağa davam et

Sabit yazı

Balaca şahzadə

İnsan ancaq ürəyi ilə baxdığı zaman doğrunu görə bilər. Gerçək gözlə görülməz.Balaca şahzadəni yəqin ki, tanımayan yoxdur. Tanımayan varsa dərhal yazını tərk eləsin. Sizə də bəhanə lazımdır onsuzda. Bəhanəsindən utananlae hələ də mənimlədir. Vallah mən də şahzadə iləyəm. Onun sizə iki kəlmə sözü var. Sonrasında mən açıqlamağa çalışacam.Kitab uşaqlar üçün yazılmış kimi görünsə də, tamamilə böyüklər üçündür. Di gəl ki, şahzadə demiş böyüklər davamlı açıqlama … Balaca şahzadə oxumağa davam et

Sabit yazı

Serenad – Ömer Zülfü Livaneli

“Bu dünyada sənə pislik etmək istəyən insanlar çıxacaq qarşına, amma unutma ki, yaxşılıq etmək istəyənlər də çıxacaq. Bəzi insanların ürəyi qaranlıq, bəzilərinki isə aydınlıqdır. Gecə ilə gündüz kimi! Dünyanın pisliklərlə dolu olduğunu düşünüb küsmə, hər kəsin yaxşı olduğunu düşünüb xəyal qırıqlığına uğrama! Özünü qoru.., insanlara qarşı özünü qoru!” Bu sətirlər kitabda yazılan ən sevdiyim cümlələr ola bilər. Ancaq əsəri iki cümlə ilə ifadə etmək, həm … Serenad – Ömer Zülfü Livaneli oxumağa davam et

Sabit yazı

Martin İden – kitab icmalı

Bu il oxuduğum və ciddi formada haqqında düşündüyüm əsərlər çoxdur. Çünki bu il bu günə qədər 81 kitab oxuyub dinləmişəm. Bəzən təkcə kitab oxumaq belə həyatla olan bağı təzələyə bilir insan üçün. Martin İden də düşündürən, fərqli-fərqli hisslər yaşadan kitablardan biridir. Kitabın başında insan öz 20-li yaşlarını görür. Həvəsli, elm və mədəniyyət öyrənmək üçün yanıb-tutuşan bir gənc. Ancaq Martin bunu özü üçün yox, yüksək təbəqədən … Martin İden – kitab icmalı oxumağa davam et

Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et

Sabit yazı

In the end

Saat 9 dur. Axşamın qaranlığı və bədbinliyi ilə bərabər bir neçə gün işdən gec çıxmağın yorğunluğu fonunda yağan yağış təkcə binaların, yolların yox, həm də mənim yorğun, bezgin düşüncələrimin üstünə də yağır. Qulağımda son səs Linkin Parkın “ın the end” mahnısı oxuyur. Zaqatalada doğulan bir Saxurun Bakıda roka qulaq asaraq yağışda islanması bir neçə saniyəlik özümə qəribə gəlsə də, olduğum əhval diqqətimi özünə çəkməyi bacarır. … In the end oxumağa davam et

Sabit yazı

Qeyri-adi ölüm?

Yarım saat olar, bloq üçün posterim hazırdır. Özümü aldadıram ki, güya mövzunu beynimdə birləşdirirəm. Açığı hamısı dünən axşamdan hazırdır. Amma bir az cəsarətim çatmırdı yazmağa. Arada insan olduğumu xatırlamaq yaxşı təsir edir adama. Mən də özümü insan olduğumu hiss etdiyim an başladım yazmağa. İnsan olmaq demişkən, biz bəni-Adəmlər (bəni ərəbcə övlad deməkdir) özümüz haqqında hər zaman yüksək fikirdə olan canlılarıq. Taa ki, bu canlılığımız sona … Qeyri-adi ölüm? oxumağa davam et

Sabit yazı

5-ci Divar

Müasir dövrdə şəhər həyatı həyatlarını rəngarəng yaşamaq istəyən uşaqlar üçün həm imkan bolluğudur, həm də limitlər çoxluğu. Təsəvvür elə, yayda üzgüçülük ayrı, dəniz ayrı, dostlarla əyləncələr ayrı, futbol və rəqs ayrı, və bu qəbildən olan nə qədər fəaliyyətlə məşğul olursan. Tam 3 ay. Sonra isə məktəbə gedirsən. Müəllim üstünə qışqırır ki, düz otur, yay tapşırıqların hanı? Dərsdə niyə danışırsan? Yayda sadəcə yatmısan?! Həə bu arada … 5-ci Divar oxumağa davam et

Sabit yazı

Bacardım

Bəzi sözlər var ki, onların eşidilməsi belə insanı həvəsə gətirir, iş görməyə vadar edir. Yuxarıda yazdığım söz də o sehrli kəlmələrdəndir. Ancaq bu sözün arxasında həm də möhtəşəm komanda və çox ülvi bir məqsəd dayanır. Bacardım, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və inkişaf imkanlarının bərabərləşdirilməsi üçün çalışan bir komandadır. Komandanın təsisçiləri Günel İsakova və Fatma Qurbanovadır. Bu xanımlar ölkədə olan təhsil layihələrinin böyük … Bacardım oxumağa davam et

Sabit yazı

Bir günlük mərhəmət

Psixoloq olaraq tabe olduğum ekol (məktəb) düşüncə və davranış hibridi olan bir nəzəriyyəyə bağlıdır. Bu məktəbin xoşuma gələn və əksər vaxtlarda özünü təsdiq edən nəzəriyyələrindən biri də mükafatla bağlıdır. Mükafat deyəndə xüsusi qrant filan olmaq məcburiyyətində deyil. Motivasiyasımızı artıran bir nəsnədən söhbət gedir. Misal üçün indi bu bloqu yazmaq mənə emosional rahatlıq bəxş edir. Bayaqdan canvada cover şəkli hazırlayarkən əslində arxa fonda mövzunu bişirirdim. İndi … Bir günlük mərhəmət oxumağa davam et