Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

Bax gör Təzə nə var ?

Sakitcə oturmuşam. Kitab oxuyuram. Hava küləklidir, evə sərinlik gətirir deyə pəncərəni açmışam. Amma buna görə məhlədəki səsləri də bonus olaraq evdə eşiirəm küləklə birgə. Ona görə hər zaman fokuslanmaq üçün istifadə etdiyim musiqi qulağımdadır. Kitabın bir fəslini bitirmişəm. Növbəti fəslə keçənə qədər gözüm kiçik bir fasilə elan etdi. Elə bu an ağlıma bir sual gəldi “Telefona bax gör, kimsə nəsə yazmayıb ki?” baxdım, heç nə … Bax gör Təzə nə var ? oxumağa davam et