Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

İndi ağlımdan nə keçir?

Bazar günüdür, hava yenə istidir. Çölə çıxılacaq kimi deyil. Üstəlik evdə də nəsə etməyim də gəlmir. Belə olanda bütün Adəm övladları kimi mən də başımı qatmağa çalışıram. Ancaq bəzi vaxtlarda bu sadəcə keçici bir vasitədən uzağa getmir. Amma digər tərəfdən psixoloq olaraq bilirəm ki, əhvalıma təsir edən ağlıma gələn düşüncələr və bunlara inanan beynimdən başqası deyil. Hər bir psixoloqun psixoterapiya apara bilməsi üçün təkcə diplomu … İndi ağlımdan nə keçir? oxumağa davam et

Sabit yazı

Bax gör Təzə nə var ?

Sakitcə oturmuşam. Kitab oxuyuram. Hava küləklidir, evə sərinlik gətirir deyə pəncərəni açmışam. Amma buna görə məhlədəki səsləri də bonus olaraq evdə eşiirəm küləklə birgə. Ona görə hər zaman fokuslanmaq üçün istifadə etdiyim musiqi qulağımdadır. Kitabın bir fəslini bitirmişəm. Növbəti fəslə keçənə qədər gözüm kiçik bir fasilə elan etdi. Elə bu an ağlıma bir sual gəldi “Telefona bax gör, kimsə nəsə yazmayıb ki?” baxdım, heç nə … Bax gör Təzə nə var ? oxumağa davam et

24 saatlıq telefon detoksu

Müasir dövrdə yaşlı-cavan, işli-işsiz, kasıb-varlı demədən hər kəs məşğuldur. Təbii ki, hər kəs üçün öz məşğuliyyəti dünyanı qurtaracaq. Elə bu qorxu sayəsində prosesin içindən çıxmaq insanlara kabus kimi görünür. Ona görə öyrəşdikləri vəziyyət çətin də olsa, bir çoxları ümumiyyətlə sorğulamır, digər bir qisim sorğulayır ancaq tərk etməyə qorxur. Nəticədə işini nə qədər çox sevsə də ondan bezmiş insanlar ordusu yaranır. İşini sevmədən edənləri demirəm heç. … 24 saatlıq telefon detoksu oxumağa davam et