Sabit yazı

Martin İden – kitab icmalı

Bu il oxuduğum və ciddi formada haqqında düşündüyüm əsərlər çoxdur. Çünki bu il bu günə qədər 81 kitab oxuyub dinləmişəm. Bəzən təkcə kitab oxumaq belə həyatla olan bağı təzələyə bilir insan üçün. Martin İden də düşündürən, fərqli-fərqli hisslər yaşadan kitablardan biridir. Kitabın başında insan öz 20-li yaşlarını görür. Həvəsli, elm və mədəniyyət öyrənmək üçün yanıb-tutuşan bir gənc. Ancaq Martin bunu özü üçün yox, yüksək təbəqədən … Martin İden – kitab icmalı oxumağa davam et

Sabit yazı

Bir günlük mərhəmət

Psixoloq olaraq tabe olduğum ekol (məktəb) düşüncə və davranış hibridi olan bir nəzəriyyəyə bağlıdır. Bu məktəbin xoşuma gələn və əksər vaxtlarda özünü təsdiq edən nəzəriyyələrindən biri də mükafatla bağlıdır. Mükafat deyəndə xüsusi qrant filan olmaq məcburiyyətində deyil. Motivasiyasımızı artıran bir nəsnədən söhbət gedir. Misal üçün indi bu bloqu yazmaq mənə emosional rahatlıq bəxş edir. Bayaqdan canvada cover şəkli hazırlayarkən əslində arxa fonda mövzunu bişirirdim. İndi … Bir günlük mərhəmət oxumağa davam et

Sabit yazı

Sevmə əngəlli insanlar

Doğulduğu andan etibarən, “biz səni istəmirdik, nənən qoymadı abort etdirməyə”, “biz oğlan gözləyirdik”, “3 oğlandan sonra qız istəyirdik”, kimi fikirlərlə böyüdüyünüzü düşünün. Ya da düşünməyin, bəlkə də artıq yaşamısınız. Belə bir mühitdə olan uşağın ilk hiss etdiyi şey nədir? Təbii ki, dəyərsizlik. Mən heç kimə lazım deyiləm. Heç bir işə yaramıram. Sevilməyim üçün onların istədiyi nələrsə etməliyəm. Daha sonra “Sən dərs oxumadığına görə səni cəzalandırıram.” … Sevmə əngəlli insanlar oxumağa davam et