Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Sabit yazı

Martin İden – kitab icmalı

Bu il oxuduğum və ciddi formada haqqında düşündüyüm əsərlər çoxdur. Çünki bu il bu günə qədər 81 kitab oxuyub dinləmişəm. Bəzən təkcə kitab oxumaq belə həyatla olan bağı təzələyə bilir insan üçün. Martin İden də düşündürən, fərqli-fərqli hisslər yaşadan kitablardan biridir. Kitabın başında insan öz 20-li yaşlarını görür. Həvəsli, elm və mədəniyyət öyrənmək üçün yanıb-tutuşan bir gənc. Ancaq Martin bunu özü üçün yox, yüksək təbəqədən … Martin İden – kitab icmalı oxumağa davam et

Sabit yazı

İndi ağlımdan nə keçir?

Bazar günüdür, hava yenə istidir. Çölə çıxılacaq kimi deyil. Üstəlik evdə də nəsə etməyim də gəlmir. Belə olanda bütün Adəm övladları kimi mən də başımı qatmağa çalışıram. Ancaq bəzi vaxtlarda bu sadəcə keçici bir vasitədən uzağa getmir. Amma digər tərəfdən psixoloq olaraq bilirəm ki, əhvalıma təsir edən ağlıma gələn düşüncələr və bunlara inanan beynimdən başqası deyil. Hər bir psixoloqun psixoterapiya apara bilməsi üçün təkcə diplomu … İndi ağlımdan nə keçir? oxumağa davam et

Sabit yazı

Şəkər portağalı

Yazı yazmaq hər zaman insanı komfortunun kənarına çıxaran bir fəaliyyətdir. Ordakı obrazları hiss etmək üçün dərin empatiya bacarığının olması şərtdir. Yaxud da, olmayan şeyləri yazmaq üçün xəyal gücünün genişliyi tələb olunur. Adətən bütün yazarlar müəyyən yaşa çatmış, həyat təcrübəsi olan insanlar haqqında yazırlar. Bu kitabdakı qəhrəmanımız isə 5 yaşında uşaqdır. Bütün şərhləri də elə uşaq öz dilindən verir. Bu qədər içdən hiss edərək oxuduğum son … Şəkər portağalı oxumağa davam et