Sabit yazı

Martin İden – kitab icmalı

Bu il oxuduğum və ciddi formada haqqında düşündüyüm əsərlər çoxdur. Çünki bu il bu günə qədər 81 kitab oxuyub dinləmişəm. Bəzən təkcə kitab oxumaq belə həyatla olan bağı təzələyə bilir insan üçün. Martin İden də düşündürən, fərqli-fərqli hisslər yaşadan kitablardan biridir. Kitabın başında insan öz 20-li yaşlarını görür. Həvəsli, elm və mədəniyyət öyrənmək üçün yanıb-tutuşan bir gənc. Ancaq Martin bunu özü üçün yox, yüksək təbəqədən … Martin İden – kitab icmalı oxumağa davam et

Sabit yazı

Markus Zusak – Kitab oğrusu

– Bilirsən nə fikirləşirəm, Lizel? Sən heç oğru-filan deyilsən. O xala özü səni içəri buraxır. İlahi sənə hətta heç peçenye də verdi. Məncə bu oğurluq deyil. Oğurluq edən – hərbçilərdir. Onlar sənin, mənim atamı aparırlar! Bu sitat kitabın baş qəhrəmanının qəhrəmanlarından biri olan Rudi Ştaynerin dilindəndir. Onun 14 yaşı var. Onların atalarını müharibəyə aparıblar. Özü isə Hitleryugendəki dərslərindən imtina edib. Bəli, söhbət İkinci dünya müharibəsi … Markus Zusak – Kitab oğrusu oxumağa davam et

Sabit yazı

F.M.Dostoyevski – Cinayət və cəza

Kitabın həddindən artıq məşhur olmasına görə o qədər də dərin olmaz deyə düşünürdüm. Təbii ki, hər insan kimi psixoloqların da bəzi önmühakimələri var. Mən də adətən məşhur olan şeyləri qəbul etməkdə dirənirəm. Kinolara da bəlkə də buna görə marağım yoxdur. Gələk sözümün “Mustafa”sına. Mən də müəllifin digər əsərlərindən bəzilərini oxusam da , “Cinayət və Cəza”nı oxumaqdan boyun qaçırırdım. Bəli, blogu oxuyursunuzsa deməli, bitirmişəm. Dostoyevskinin əsərlərində … F.M.Dostoyevski – Cinayət və cəza oxumağa davam et