Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Sabit yazı

Martin İden – kitab icmalı

Bu il oxuduğum və ciddi formada haqqında düşündüyüm əsərlər çoxdur. Çünki bu il bu günə qədər 81 kitab oxuyub dinləmişəm. Bəzən təkcə kitab oxumaq belə həyatla olan bağı təzələyə bilir insan üçün. Martin İden də düşündürən, fərqli-fərqli hisslər yaşadan kitablardan biridir. Kitabın başında insan öz 20-li yaşlarını görür. Həvəsli, elm və mədəniyyət öyrənmək üçün yanıb-tutuşan bir gənc. Ancaq Martin bunu özü üçün yox, yüksək təbəqədən … Martin İden – kitab icmalı oxumağa davam et

Sabit yazı

Lev Tolstoy – Kazaklar

Tolstoy deyəndə hər kəsin ağlına “Hacı Murad” gəlir. Əsər haqqında eşidəndə ilk ağlıma gələn rus imperializminin tərənnümü olacağını düşünmüşdüm. Ona görə hələ də Hacı Muradı oxumamışam. İvan İliçin ölümü və Etirafları oxumuşam. Xronoloji olaraq baxanda bunlar müəllifin sonradan yazdığı əsərlərdir. Kazaklara da münasibətim tam bir mənalı deyildi. Ancaq bir şey haqqında fikir sahibi olmaq istəyirsənsə, onun haqqında məlumatın olmalıdır. Sevmədiyim fərdi inkişaf kitabları da bu … Lev Tolstoy – Kazaklar oxumağa davam et