Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Sabit yazı

Martin İden – kitab icmalı

Bu il oxuduğum və ciddi formada haqqında düşündüyüm əsərlər çoxdur. Çünki bu il bu günə qədər 81 kitab oxuyub dinləmişəm. Bəzən təkcə kitab oxumaq belə həyatla olan bağı təzələyə bilir insan üçün. Martin İden də düşündürən, fərqli-fərqli hisslər yaşadan kitablardan biridir. Kitabın başında insan öz 20-li yaşlarını görür. Həvəsli, elm və mədəniyyət öyrənmək üçün yanıb-tutuşan bir gənc. Ancaq Martin bunu özü üçün yox, yüksək təbəqədən … Martin İden – kitab icmalı oxumağa davam et

Sabit yazı

Kvan- mənim kitabım “hərəkət et!” Deyir.

Saat 22:24. Kitabı indicə bitirdim. Elə bilirəm kitabın icmalını və haqqındakı düşüncələrimi yazmasam Coşqun Kərimov səhər ofisə gəlib məni qəşəngcə danlayacaq. Onsuzda ikimizin də ofisi eyni mərtəbədə fərqli korpuslardadır. İndi də elə bilirəm, hardansa baxıb deyir ki, “Murad duxun da var yazma!” Yekəbaş düşündüyüm vaxtlarda elə bilirdim ki, Azərbaycanda yazan, yaza bilən, oxuyan yoxdur. Özümüzə yaxşı şeylər layiq görməməyin özgüvən əskikliyi olduğunu psixoloq olaraq bilirəm. … Kvan- mənim kitabım “hərəkət et!” Deyir. oxumağa davam et