Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

İndi ağlımdan nə keçir?

Bazar günüdür, hava yenə istidir. Çölə çıxılacaq kimi deyil. Üstəlik evdə də nəsə etməyim də gəlmir. Belə olanda bütün Adəm övladları kimi mən də başımı qatmağa çalışıram. Ancaq bəzi vaxtlarda bu sadəcə keçici bir vasitədən uzağa getmir. Amma digər tərəfdən psixoloq olaraq bilirəm ki, əhvalıma təsir edən ağlıma gələn düşüncələr və bunlara inanan beynimdən başqası deyil. Hər bir psixoloqun psixoterapiya apara bilməsi üçün təkcə diplomu … İndi ağlımdan nə keçir? oxumağa davam et

Sabit yazı

Soyuqbulaq şəlaləsi- Vəndam, Qəbələ

Bu il başlayanda hədəflərim tamam başqa idi. Çoxlu gəzmək, Çayzadə, ecoturaz, addım.at da olan işləri davam edəcəyimi düşünürdüm. Ancaq ixtisasıma olan bağlılığım və hobbiləri işə çevirməyin verdiyi gərginlik nəticəsində bütün bunlardan imtina etdim. Sadəcə psixoloq kimliyimi saxladım iş sferasında. Əgər belə bir qərar vermişdimsə, fəaliyyətlərimi də bu yöndə artırmağım lazım idi. Etdim də. Yeni bir layihəyə başladım, yaşat düşərgəsi, psixoloqların yay məktəbi, görüşlər, Youtube videoları … Soyuqbulaq şəlaləsi- Vəndam, Qəbələ oxumağa davam et

Sabit yazı

Sinan Canan – İFA (münasibətlər və stress)

Ailəsinin dostlarının səndən bir şey olmaz dediyi bu adam hazırda fiziologiya doktorudur. Bunu da çox yavaş və yaşıdlarından gec bir vaxtda əldə edib. Nəticə etibarilə müəllifimiz türkiyə elmi sferasında məşhur olan 10 nəfərdən biridir deyə bilərəm. İlk öncə youtube videoları ilə tanımışdım. Keçək kitabın özünə. Bu kitab İFA seriyasının ikinci hissəsidir. Birinci hissəsini başqa birinə oxumaq üçün vermişdik. Həm də bu daha maraqlı gəldi mənə. … Sinan Canan – İFA (münasibətlər və stress) oxumağa davam et