Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

İndi ağlımdan nə keçir?

Bazar günüdür, hava yenə istidir. Çölə çıxılacaq kimi deyil. Üstəlik evdə də nəsə etməyim də gəlmir. Belə olanda bütün Adəm övladları kimi mən də başımı qatmağa çalışıram. Ancaq bəzi vaxtlarda bu sadəcə keçici bir vasitədən uzağa getmir. Amma digər tərəfdən psixoloq olaraq bilirəm ki, əhvalıma təsir edən ağlıma gələn düşüncələr və bunlara inanan beynimdən başqası deyil. Hər bir psixoloqun psixoterapiya apara bilməsi üçün təkcə diplomu … İndi ağlımdan nə keçir? oxumağa davam et

Sabit yazı

Ölmək istəmədiyin yerdə olma!

İkinci dünya müharibəsindən sonra, istər psixoloji ədəbiyyatda, istər siyasi arenalarda, istərsə də sosial-iqtisadi münasibətlərdə humanistik (insani) yanaşma geniş yayılmağa başladı. Bunun sayəsində insanlar bir-birinə daha tolerant, səbrli olmaqla bərabər sülhün gətirdiyi rifahla həzzlərinə daha çox düşkün bir canlıya çevrildilər. Belə olan halda bu həzzlərin bitməsi isə müasir insan üçün ən böyük faciədir. Bu faciəni gətirəcək olan isə, hamının bir nəfər kimi üzləşəcəyi ölümdür. Yəni bu … Ölmək istəmədiyin yerdə olma! oxumağa davam et