Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Qaranohur gölünə yürüş

Adətən səyahətdən öncəki günlərdə beynimə vaz keçməklə bağlı rəngarəng fikirlər gəlir. Təbii ki, bu rəngarənglik qorxulu fikirlərlə özünə rəng qazanır. Bu dəfəki yürüşdən öncəki günlərdə, yürüş əsnasında çox rahat və sakit idim. İdarəetmə tamamilə mənim üzərimdə idi. Ancaq məsuliyyət mənə aşırı həyəcan vermək əvəzinə daha nəzarəti həyata keçirərkən daha soyuqqanlı davranırdım. Səhər 8 ə qalmış Bakıdan çıxdıq. Hava dəhşətli dərəcədə istidir. Nə qədər pəncərədən külək … Qaranohur gölünə yürüş oxumağa davam et

Çayzadələrin Lənkərana birinci çay yürüşü

Səfərin içində mövzunun adından daha çox çay var. Deməli çayzadə qrupunu qurduğumuz gündən, görüşlər, təbiət səfərləri etməyi də düşünürdük. Nəzərə alsaq ki, qrupun formalaşması karantin dövründə olub, ona görə təxminən 10 ay sonra ilk yürüşü etməyimiz məntiqlidir. Üstəlik müharibənin də hər sahəyə olduğu kimi, icmalara da təsiri var idi. Turun programını hazırlamaq üçün martın 23-ü sınaq səfəri etdim. Hansı marşrutlar daha effektiv olar, nələri etsək … Çayzadələrin Lənkərana birinci çay yürüşü oxumağa davam et

Çay paytaxtımız Lənkəran

Mövzunun adından anlayacağınız qədərilə bu gün çaydan yazacam. Siz də çaylarınızı təzələyin, maraqlı məqamlar var. Deməli keçən yay karantin müddətində 6 ay öz evimizdə Zaqatalada oldum. Burda tək bir işim var idi. Onu da itirmişdim. Bir növ məcburi gediş olmuşdu. Ancaq orda ikən üzərimdə daha çox çalışmalı olduğumun fərqinə varmışdım. Bununla bağlı ətraflı öncəki yazılarda qeyd etmişəm. Həmin vaxtı Fatma Qurbanova ilə çay içməkdən söhbətimiz … Çay paytaxtımız Lənkəran oxumağa davam et