Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

Sinan Canan – İFA (münasibətlər və stress)

Ailəsinin dostlarının səndən bir şey olmaz dediyi bu adam hazırda fiziologiya doktorudur. Bunu da çox yavaş və yaşıdlarından gec bir vaxtda əldə edib. Nəticə etibarilə müəllifimiz türkiyə elmi sferasında məşhur olan 10 nəfərdən biridir deyə bilərəm. İlk öncə youtube videoları ilə tanımışdım. Keçək kitabın özünə. Bu kitab İFA seriyasının ikinci hissəsidir. Birinci hissəsini başqa birinə oxumaq üçün vermişdik. Həm də bu daha maraqlı gəldi mənə. … Sinan Canan – İFA (münasibətlər və stress) oxumağa davam et