Xalaxı – 3060 metr yüksəklikdə buzlaq mənşəli göl

Ta uşaqlıqdan adını eşitdiyim, bölgədə bir növ əfsanəyə çevrilən bu göl haqqında dostum Toğrulla 3 il öncəki müzakirələrimizdən birində doğum günümüzü (ikimizdə eyni gündə doğulmuşuq) burada qeyd etməyi qərara aldıq. Həmin dövrdən fərqli səbəblər üzündən 3 doğum günümüzü ötürsək də bu il gedib görmək qismət oldu nəhayət. Keçək səfərimizə. İlk gün: Səhər tezdən saat altıda Yuxarı Çardaxlar kəndindən yola başladıq. Havanın buludlu olması, həm yağış … Xalaxı – 3060 metr yüksəklikdə buzlaq mənşəli göl oxumağa davam et

Lion Fextvanger – Qəribə adamın müdrikliyi və ya Jan Jak Russonun ölməzliyi

Əsər XVIII əsr Fransa İnqilabı, həmin dövrdə arxa fonda baş verənlər və bütün bu olanlara Jan Jak Russonun təsirindən bəhs edir. Əsərin baş qəhrəmanı Jan Jakın əsərlərini oxumuş, ona aşırı rəğbət bəsləyən Ermonvil sahib, zadəgan Markizin oğlu Fernanddır. Russo hər nə qədər krallıq rejiminin istəməiyi şəxs olsa da, atası Fernandın sevimli müəllimini ömürlük malikanəsinə dəvət edir. Burad onun bəyənəcəyi təbiət mühiti yaradır; xüsusi göllər və … Lion Fextvanger – Qəribə adamın müdrikliyi və ya Jan Jak Russonun ölməzliyi oxumağa davam et

Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax

Əvvəllər harasa gedəndə sakitcə təbiəti hiss etməyə çalışırdım. Ancaq son zamanlar təkcə hiss etmək deyil, məndə necə hiss etdiyimi ifadə etmək istəyi də yarandı. Artıq bu il demək olar getdiyim hər səfərin qeydlərini, hiss və başıma gələnləri sizlərlə paylaşıram. Bu hissləri ötürmək mənə gəzinti qədər xoşbəxtlik bəxş edir. İnsanlara hiss etdiklərimi hiss etdirmək möhtəşəm bir hissdir. Sözlərlə tam ifadə edə bilmirəm. Fikirlər uçur, sözlər isə … Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax oxumağa davam et

Valery Snelnikov – Öz xəstəliyini sev!

İndiyə qədər bu qəbildən olan kitablar mənə uydurma kimi gəlirdi. Çünki çox iddialı adı vardı, fərdi inkişaf adına yazılan bir çox kitab kimi adamı hürküdürdü. Ancaq doktor Snelnikov sağolsun, məni yanıltdı. İşin qəribə tərəfi qeyd etdiyi səbəb-nəticələrin həyatımda baş verənlərlə birə-bir üst-üstə düşməyi oldu. Artıq kitabın içinə daldıqca, kitaba olan önmühakimələrimi kənara qoydum, bu gücümü kitabı anlamağa verdim. Kitabda mənə ilk təsir edən “Şüurumuz həmişə … Valery Snelnikov – Öz xəstəliyini sev! oxumağa davam et

Bir çoban koması

Hər gün olduğu kimi saat 5:15 oyandım. Amma bu gün bir fərqli həyəcanlı idim. Tələsik səhər yeməyini yeyib, marşrutu(ural yük maşını) gözləmək üçün yol kənarında dayandım. Yarım saata qədər gözlədikdən sonra nəhayət gəldi. Amma insanlar çox sıx idi. Yol çaylaq olduğunu nəzərə alsaq, marşrut bir az çətin keçəcəkdi. Üstəlik veşlər də sürüşüb üstmüzə gəlirdi. Ancaq yolçuların bir-biri ilə münasibətləri, maraqlı əhvalatlar və zarafatlar sayəsində yol … Bir çoban koması oxumağa davam et

Bir çayın hekayəsi

Günəşli bir noyabr günü səhər 7 də Bakıdan yola çıxdıq. Ölkənin Naxçıvan xaric getmədiyim təkcə bölgəsi var idi, Quba-Qusar tərəf. Bu dəfəki səfərimin bu istiqamətdə olmasının yanı sıra öncəki səfərdə tanıdığım bəzi yol yoldaşlarımın da yenə mənimlə olması həyəcanı qat-qat artırmışdı. Səfərin maraqlı keçməsi üçün yol yoldaşlarınızla söhbətinizin tutması vacibdir. Təbiətə olan yanaşmalar, eyni mənzərəyə olan fərqli baxışlar sizə bu anları daha yaxşı xatırlamanıza yardım … Bir çayın hekayəsi oxumağa davam et

Şamilovka – Zaqatala

Uşaqlıqdan bəri eşitdiyim, ancaq şəkil və videolarda gördüyüm, hər kəsin ağız dolusu danışdığı Şamilovka yaylaqlarını nəhayət bu gün gördüm. Uşaqlıqdan İmam Şamil haqqında eşitdiklərim, böyüyəndən sonra etdiyim araşdırmalar, onun adı verilən, gözümün qabağında olan bir yerə getmək mənim üçün xüsusi həyəcan verirdi Yol boyu da bu həyəcan mənimlə oldu. Hava yağışlı olsa da, yolumuza davam elədik. Başlanğıc olaraq Car kəndindən piyada qalxdıq. Onu da deyim, … Şamilovka – Zaqatala oxumağa davam et

Uşaqlar nədən qorxur?

      Qorxu – qavranılan təhlükədən qaçma davranışıdır. Normal inkişafın bir hissəsi olaraq, insanı təhlükədən qoruyan müdafiə mexanizmidir. Yaş artımı ilə qorxular da dəyişir.       Körpəlik dövründə bu qorxular, yüksək səs, parlaq işıq, tanımadığı insanlar kimi ani, yeni və bilinməyən nəsnələrə qarşı qorxulardır.       Məktəbəqədər (3-6 yaş) yaş dövründə əsasən qaranlıq, tək qalmaq, ölüm , bədəninə ziyan dəyməsi, xəyali varlıqlar … Uşaqlar nədən qorxur? oxumağa davam et

Saxurların gözü Mamrux

Bu gün çoxdan arzuladığım bir səfəri reallaşdırdım. Velosipedlə aramızda bir kənd daha olan, Dağətəyi kənd Mamruxa getdim. Belə yerlərdə iki ya 3 nəfərlik qruplar arzuolunandır. Mən də hər zamankı kimi Şıxəmirlə getdim. Səhər 6 da düşünsəkdə tez olduğuna görə 8 ə dəyişdik. Bir saata kəndə çatdıq. Öncə kənd məscidinə, onun həyətindəki köhnə Alban məbədinə baş çəkdik. Məscid bölgə memarlığı üslubunda tikilib. Doğma olan üslubu burada … Saxurların gözü Mamrux oxumağa davam et

Oynamağı yadırğamış uşaqlar

    Günümüzdə ən çox gündəmdə olan mövzuların başında övlad tərbiyəsi, valideyn-övlad münasibətləri gəlir. Ancaq nə qədər çox müzakirə olunsa da məsələlər hələ də həll olunmamaqla bərabər, getdikcə daha kritik həddə çatıb. Buna səbəb valideynlərin sosial-iqtisadi vəziyyəti, valideynlərin pedoqoji bacarıq(sızlıq)ları, ətraf mühitin ailəyə müdaxiləsi kimi məsələləri əsas götürə bilərik. Bu yazıda 3 məqama toxunmaqla, məsələnin görünməyən və ya görməzdən gəlinən hissərini qısa şəkildə əhatə etməyə … Oynamağı yadırğamış uşaqlar oxumağa davam et

Amin Maalouf – Səmərqənd

Səmərqənd dünyada  görmək istədiyim şəhərlərdən birincisidir. Bu şəhərə olan xüsusi simpatiyam, şəhərlə bağlı hər şeyi araşdırmağıma səbəb olub. Göy məscidləri, Mavəraənnəhrin paytaxtı olduğu dövründən hazırki Özbəkistan dövrünə qədər bir çox hadisə və tarixlər barədə məlumatlar öyrəndim. Əsərə olan marağım da bu sayədə oldu. Biraz araşdırandan sonra Kitabı oxumağa qərar verdim. Əsər o qədər maraqlıdır ki, hətta yolda oxuyanda belə diqqətim kitabdan yayınmırdı. Kitab iki hissədən … Amin Maalouf – Səmərqənd oxumağa davam et