Böyük Qubada kiçik bir gəzinti

Bu gün səhər planladığım vaxtdan 2 saat gec durdum. Müəyyən səbəblərə görə yaxşı yata bilməmişdim. Ona görə bunu müəyyən qədər kompensasiya edib, elə çıxdım evdən. Keçən ilin fevralından sonra ilk dəfə avtovağzala gəldim. Bilet aldım. 20 dəqiqə sonra avtobusla yola çıxdıq. Adətim üzrə avtobusdan səhv yerdə düşdüm yenə. Toğrul və Asim gəlib maşınla məni götürdülər. Şəhərin içindən keçib Nügədi istiqamətində davam etdik. Nügədi tatların kompakt … Böyük Qubada kiçik bir gəzinti oxumağa davam et

Övladımızın inkişafı zamanı oxumalı olduğumuz kitablar

1. Bağırmayan Anne Baba Olmak – Hal Edward Runkel 2. Bir Annelik Hikayesi – Semiha Pınar Cambaz 3. Bütün Beyinli Çocuk – Tina Payne Bryson, Dan Siegel  4. Kardeş Rekabeti – Adele Faber, Elaine Mazlish  5. Annelik Sanatı – Adem Güneş 6. Sarıldığımız Gün – Görkem Kantar Arsoy 7. Her Çocuk Üstün Yeteneklidir – Bahar Eriş 8. […] Övladımızın inkişafı zamanı oxumalı olduğumuz kitablar Övladımızın inkişafı zamanı oxumalı olduğumuz kitablar oxumağa davam et

Bir uşağın sevinci

Hər zaman uşaqları müşahidə etməkdən xüsusi zövq alıram. İnsanlığın ən təbii halı uşaqlardadır. İstər ağlayanda, istər güləndə, istərsə də əsəbləşəndə. Çünki bütün bu hissləri çox içdən, dərindən yaşayırlar. Olduqları kimi davranırlar. Sizə pis xəbərim də var. Biz də uşaq olmuşuq. Bəli, çoxumuz bunu nadir hallarda xatırlayırıq ya da heç xatırlamırıq. Nəticədə uşaqları, digər insanları anlamaqda çətinlik çəkirik. Bu gün ki, yazımda bir uşağın dünyasına kiçik … Bir uşağın sevinci oxumağa davam et

Honzoqor aşırımı, Zaqatala

Dünəndən bəri içimdən bir səs “bəlkə getməyəsən?” deyirdi. Ancaq həmişə bu vəsvəsənin əksini edib çox gözəl anlar yaşamışam. Bu dəfə də fərqli olmadı. Yəni daha möhtəşəm bir gün keçirdim. Kiçik qrupla səyahət etməyin ən yaxşı tərəflərindən biri sürəti müəyyən etmək sənin öz əlindədir. Bu gün özüm daxil 4 nəfərlə birgə yola çıxdım. Keçən il iyun ayında eyni yağışlı gündə getmişdim buralara. Xalam oğlu Qurban, kürəkənim … Honzoqor aşırımı, Zaqatala oxumağa davam et

TilSımlı Astara

Bu gün nəhayət çoxdandır, getmək istədiyim, səyahətsevərlərin hər həftəsonu şəkil və postlar paylaşdığı Astaranın Sım kəndinə getdik. Kəndi şəkillərdə görəndən bəri, gözümlə görmək, burada yaşayan insanlarla tanış olmaq artıq mənim üçün bir vacibiyyətə çevrilmişdi. Daha öncə cənub bölgəsinin fərqli rayonlarında olsam da, bu həm də mənim Astaraya ilk səfərim idi. Kəmərlərinizi bağlayın. Hazırsınızsa, getdik. Həmişə olduğu kimi səhər 7 üçün toplanış etsək də bəzi yoldaşlar … TilSımlı Astara oxumağa davam et

Çayzadələrin Lənkərana birinci çay yürüşü

Səfərin içində mövzunun adından daha çox çay var. Deməli çayzadə qrupunu qurduğumuz gündən, görüşlər, təbiət səfərləri etməyi də düşünürdük. Nəzərə alsaq ki, qrupun formalaşması karantin dövründə olub, ona görə təxminən 10 ay sonra ilk yürüşü etməyimiz məntiqlidir. Üstəlik müharibənin də hər sahəyə olduğu kimi, icmalara da təsiri var idi. Turun programını hazırlamaq üçün martın 23-ü sınaq səfəri etdim. Hansı marşrutlar daha effektiv olar, nələri etsək … Çayzadələrin Lənkərana birinci çay yürüşü oxumağa davam et

Bu günün Marketinqi 3

Keçən ilin yazında özümü məcbur edib, ilk sahibkarlıq fəaliyyəti haqqında olan kitabımı “Erik Ris – Qənaətcil startap” əsərini oxudum. Yaxşı ki, də oxudum. Yeni biznesə başlayan insanlar adətən sürətli şəkildə böyüyüb, böyük pullar qazanmaq istəyir. Erik Risi oxuyurkən startap( informasiya texnologiyaları sahəsində qurulan biznes cə layihələrə verilən ad) qurmağın necə çətin və zəhmətli olduğunu, onun özünü sübut etməsi üçün nə qədər enerji, vaxt, resurs xərclədiyini … Bu günün Marketinqi 3 oxumağa davam et

Çay paytaxtımız Lənkəran

Mövzunun adından anlayacağınız qədərilə bu gün çaydan yazacam. Siz də çaylarınızı təzələyin, maraqlı məqamlar var. Deməli keçən yay karantin müddətində 6 ay öz evimizdə Zaqatalada oldum. Burda tək bir işim var idi. Onu da itirmişdim. Bir növ məcburi gediş olmuşdu. Ancaq orda ikən üzərimdə daha çox çalışmalı olduğumun fərqinə varmışdım. Bununla bağlı ətraflı öncəki yazılarda qeyd etmişəm. Həmin vaxtı Fatma Qurbanova ilə çay içməkdən söhbətimiz … Çay paytaxtımız Lənkəran oxumağa davam et

Motivasiya sənayesi yaxud beyin “fastfood”u

Son dövrlərdə qida sektorunda olan yeniliklər, yemək sifarişləri, təqdim olunan təamlar, dəyişən dad seçimi fonunda ortaya çıxan mənzərə odur ki, artıq insanlar “hərkəsləşmə”yə doğru gedir. Hər kəs” fast-food” hansısa növündən asılı olduğunu qürurla olduğu mühitlərdə car çəkir, yerli yaxud milli olan yeməklər isə əksinə xor görülür. Restoranların təqdim etdiklərinə baxsaq mənzərəni tam görə bilərik. Təsəvvür edin milli restorana getmisiniz, indiyə qədər öyrəşmisiniz ki, mədənizin aclıq … Motivasiya sənayesi yaxud beyin “fastfood”u oxumağa davam et

Mixail Bulqakov – Master və Margarita

Sovet sisteminə olan münasibətim Orvelin “Heyvanıtan” və “1984” əsərlərindən sonra aydın oldu. Ona qədər də fərqli əsərlər, materiallar oxumuşdum. Üstəlik valideynlərimizin də həmin sistemdən çıxdığını, cəmiyyətin qərar verən hissəsinin hələ də sosialist olduğunu nəzərə alanda yazıçını başa düşməyim çətin olmadı. Başlanğıcda sovet şəhər mühitinin vizuallaşdırılması ilə başlayan əsər, anidən İsa Məsih dövründə Suriyada Roma imperiyası adına idarəçilik edən şəxslərin dialoquna keçir. Sıxıcı başlasa da, getdikcə … Mixail Bulqakov – Master və Margarita oxumağa davam et

Necə daha yaxşı yata bilərəm?

Texnologiyanın inkişafı ilə əlaqədar olaraq onsuzda qaçdığımız, maraqlanmadığımız şəxsi sağlamlığımızı bir az da özümüzdən uzaqlaşdırdıq. Bütün bunların nəticəsində insanlar gecələr yata, səhərlər isə dura bilmir. Yuxudan doymayan insan isə gün ərzində sadəcə bu aclığı doyurmağın marağında olur. Maslovun tələbatlar iyerarxiyasında göstərdiyi kimi, həyatımızı ehtiyaclarımız dizayn edir. Bir növ nəyə ehtiyacımız varsa gündəmimiz yalnız bu olur. Yuxuya olan ehtiyacımız ödənmədikdə, əsəbi, bədbin, diqqətini bir yerə toplaya … Necə daha yaxşı yata bilərəm? oxumağa davam et