Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax

Əvvəllər harasa gedəndə sakitcə təbiəti hiss etməyə çalışırdım. Ancaq son zamanlar təkcə hiss etmək deyil, məndə necə hiss etdiyimi ifadə etmək istəyi də yarandı. Artıq bu il demək olar getdiyim hər səfərin qeydlərini, hiss və başıma gələnləri sizlərlə paylaşıram. Bu hissləri ötürmək mənə gəzinti qədər xoşbəxtlik bəxş edir. İnsanlara hiss etdiklərimi hiss etdirmək möhtəşəm bir hissdir. Sözlərlə tam ifadə edə bilmirəm. Fikirlər uçur, sözlər isə … Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax oxumağa davam et

Valery Snelnikov – Öz xəstəliyini sev!

İndiyə qədər bu qəbildən olan kitablar mənə uydurma kimi gəlirdi. Çünki çox iddialı adı vardı, fərdi inkişaf adına yazılan bir çox kitab kimi adamı hürküdürdü. Ancaq doktor Snelnikov sağolsun, məni yanıltdı. İşin qəribə tərəfi qeyd etdiyi səbəb-nəticələrin həyatımda baş verənlərlə birə-bir üst-üstə düşməyi oldu. Artıq kitabın içinə daldıqca, kitaba olan önmühakimələrimi kənara qoydum, bu gücümü kitabı anlamağa verdim. Kitabda mənə ilk təsir edən “Şüurumuz həmişə … Valery Snelnikov – Öz xəstəliyini sev! oxumağa davam et

Bir çoban koması

Hər gün olduğu kimi saat 5:15 oyandım. Amma bu gün bir fərqli həyəcanlı idim. Tələsik səhər yeməyini yeyib, marşrutu(ural yük maşını) gözləmək üçün yol kənarında dayandım. Yarım saata qədər gözlədikdən sonra nəhayət gəldi. Amma insanlar çox sıx idi. Yol çaylaq olduğunu nəzərə alsaq, marşrut bir az çətin keçəcəkdi. Üstəlik veşlər də sürüşüb üstmüzə gəlirdi. Ancaq yolçuların bir-biri ilə münasibətləri, maraqlı əhvalatlar və zarafatlar sayəsində yol … Bir çoban koması oxumağa davam et

Bir çayın hekayəsi

Günəşli bir noyabr günü səhər 7 də Bakıdan yola çıxdıq. Ölkənin Naxçıvan xaric getmədiyim təkcə bölgəsi var idi, Quba-Qusar tərəf. Bu dəfəki səfərimin bu istiqamətdə olmasının yanı sıra öncəki səfərdə tanıdığım bəzi yol yoldaşlarımın da yenə mənimlə olması həyəcanı qat-qat artırmışdı. Səfərin maraqlı keçməsi üçün yol yoldaşlarınızla söhbətinizin tutması vacibdir. Təbiətə olan yanaşmalar, eyni mənzərəyə olan fərqli baxışlar sizə bu anları daha yaxşı xatırlamanıza yardım … Bir çayın hekayəsi oxumağa davam et

Şamilovka – Zaqatala

Uşaqlıqdan bəri eşitdiyim, ancaq şəkil və videolarda gördüyüm, hər kəsin ağız dolusu danışdığı Şamilovka yaylaqlarını nəhayət bu gün gördüm. Uşaqlıqdan İmam Şamil haqqında eşitdiklərim, böyüyəndən sonra etdiyim araşdırmalar, onun adı verilən, gözümün qabağında olan bir yerə getmək mənim üçün xüsusi həyəcan verirdi Yol boyu da bu həyəcan mənimlə oldu. Hava yağışlı olsa da, yolumuza davam elədik. Başlanğıc olaraq Car kəndindən piyada qalxdıq. Onu da deyim, … Şamilovka – Zaqatala oxumağa davam et

Saxurların gözü Mamrux

Bu gün çoxdan arzuladığım bir səfəri reallaşdırdım. Velosipedlə aramızda bir kənd daha olan, Dağətəyi kənd Mamruxa getdim. Belə yerlərdə iki ya 3 nəfərlik qruplar arzuolunandır. Mən də hər zamankı kimi Şıxəmirlə getdim. Səhər 6 da düşünsəkdə tez olduğuna görə 8 ə dəyişdik. Bir saata kəndə çatdıq. Öncə kənd məscidinə, onun həyətindəki köhnə Alban məbədinə baş çəkdik. Məscid bölgə memarlığı üslubunda tikilib. Doğma olan üslubu burada … Saxurların gözü Mamrux oxumağa davam et

Özünə qayğı

Artmaqda olan iş və təhsil tələbləri günümüzün insanını halsız edib. Hər ötən gün bir öncəki gündən daha ağır şərtlərlə, daha çox zaman xərcləməklə çalışırıq. Texnologiyanın inkişafı da bir tərəfdən “iş saatı yoxdur” fikrinə doğru yönəlir. İş və dərslərimizdən kənarda qalmaq üçün müəyyən fəaliyyətlərlə məşğul olmaq da yetmir. Çünki bir mesaj və ya zəng bütün istirahət planlarımızı pozmağa bəs edir. Belə olan təqdirdə isə bütün həvəs … Özünə qayğı oxumağa davam et

Qaranohur – Beşinci mövsüm

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi anladım. İş-ev marşurutu bir müddət sonra sıxır adamı. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirir. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum. Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk … Qaranohur – Beşinci mövsüm oxumağa davam et

Keçmişim – Bu gün

Qeydə aldığım fikirləri 12 – 15 avqust tarixlərinə köhnə kəndimiz olan Yuxarı Suvagildə yazmışam. Məzuniyyətə çıxan gündən kəndə Yeni Suvagilə getdim. Bir növ Bakıdan qaçırmışcasına getdim. 4 – 5 gün kənddə gəzdikdən, həyət işlərini qaydaya salndan sonra Yuxarı Suvagilə getməyə qərara aldım. Tək gedəcəkdim. Ərzaq da götürməli olduğuma görə piyada getmə şansım yox idi. Məcbur, marşurutla ( QAZ – 66) getdim. Həvəslə yol boyu ora … Keçmişim – Bu gün oxumağa davam et

Günümüzün paradoksu – Kapitalist cəmiyyətindəki ailədə hökm sürən sosialist rejim

Bu gün biz hələ gənc dövlət sayılırıq. Müstəqilliklə bərabər eyni zamanda sosial-iqtisadi rejimimiz də tamamilə dəyişdi. Rəssama, müəllimə, fəhləyə, məmura eyni gözlə baxan bir sistemdən hər şeyə, hər sənət sahibinə fərdi şəkildə yanaşmağımızı tələb edən sistemi özümümüzə tətbiq etməyə çalışırıq. Bir yandan hər şeyi əllə etməyə öyrəşmiş adamlar artıq paltarını maşınla yuyur, məktubu vaxt gözləmədən anında bir toxunuşla özü də limitsiz olaraq göndərir, artıq uzaqdakı … Günümüzün paradoksu – Kapitalist cəmiyyətindəki ailədə hökm sürən sosialist rejim oxumağa davam et

İlqar Kamil – Anam üçün

Bir yol təsəvvür edin,elə bir yol olsun ki, xoşbəxtlik yalnız yolun sonunda deyil, özündə də olsun ;yolun özü də xoşbəxt etsun sizi, yolun özü də sevimli olsun, maraqlı olsun, ürəyə yatımlı olsun… Bu gündən etibarən oxuğum kitablar haqqında olan fikir və təhlillərimi də blogda paylaşacam. “Anam üçün” romanını 1 ay əvvəl oxumuşdum. Bununla bağlı fikirlərimi facebookda paylaşmışdım. Artıq indidən sonra oxuduğum kitabları burada paylaşmağı düşünürəm. … İlqar Kamil – Anam üçün oxumağa davam et

31st EFPSA Congress – Azerbaijan

Çətin oldu, gərgin oldu ama bacardıq. Iki ildən bəri hazırlıqlarına başladığımız Konqres, bir həftəlik yuxu kimi gəldi, keçdi. Qeyd edim ki,EFPSA – Avropada psixologiya ixtisası üzrə təhsil alan tələbələri və gənc mütəxəssisləri birləşdirən ümumavropa təşkilatıdır. Təşkilata 33 ölkə üzvdür. MDB ölkələrindən yalnız Azərbaycan bu təşkilatda təmsil olunur. Azərbaycan təmsil edən rəsmi qurum “Gənc Psixoloqlar” ictimai birliyidir. EFPSA-nın hər il təşkil olunan və ən böyük tədbiri … 31st EFPSA Congress – Azerbaijan oxumağa davam et