Qızılqaya dağı – zirvə yürüşü
Axşam Asimlə onların kəndinə Qalaxudata gəldik. Bu kənd Azərbaycanda ən yüksəkdə olan yaşayış məntəqələrindən biridir.( 2206 m) Çox qonaqpərvər ailə tərəfindən qarşılandım. Evin dizaynı, kəndin yerləşmə yeri, insanlarla söhbət, Çıraqqala yorğunluğu, sabah çıxacağım Zirvənin həyəcanı deyərkən bir baxdım gecə saat 12 dir. Amma günün səfəri haqqında olan təəssüratlarımı blogda qeyd edib elə yatdım. Yata bilməməyin digər bir səbəbi isə Qızılqayaya olan xüsusi sevgimdir. 6 ildir … Qızılqaya dağı – zirvə yürüşü oxumağa davam et