Bu günün Marketinqi 3

Keçən ilin yazında özümü məcbur edib, ilk sahibkarlıq fəaliyyəti haqqında olan kitabımı “Erik Ris – Qənaətcil startap” əsərini oxudum. Yaxşı ki, də oxudum. Yeni biznesə başlayan insanlar adətən sürətli şəkildə böyüyüb, böyük pullar qazanmaq istəyir. Erik Risi oxuyurkən startap( informasiya texnologiyaları sahəsində qurulan biznes cə layihələrə verilən ad) qurmağın necə çətin və zəhmətli olduğunu, onun özünü sübut etməsi üçün nə qədər enerji, vaxt, resurs xərclədiyini … Bu günün Marketinqi 3 oxumağa davam et

Mixail Bulqakov – Master və Margarita

Sovet sisteminə olan münasibətim Orvelin “Heyvanıtan” və “1984” əsərlərindən sonra aydın oldu. Ona qədər də fərqli əsərlər, materiallar oxumuşdum. Üstəlik valideynlərimizin də həmin sistemdən çıxdığını, cəmiyyətin qərar verən hissəsinin hələ də sosialist olduğunu nəzərə alanda yazıçını başa düşməyim çətin olmadı. Başlanğıcda sovet şəhər mühitinin vizuallaşdırılması ilə başlayan əsər, anidən İsa Məsih dövründə Suriyada Roma imperiyası adına idarəçilik edən şəxslərin dialoquna keçir. Sıxıcı başlasa da, getdikcə … Mixail Bulqakov – Master və Margarita oxumağa davam et

Necə daha yaxşı yata bilərəm?

Texnologiyanın inkişafı ilə əlaqədar olaraq onsuzda qaçdığımız, maraqlanmadığımız şəxsi sağlamlığımızı bir az da özümüzdən uzaqlaşdırdıq. Bütün bunların nəticəsində insanlar gecələr yata, səhərlər isə dura bilmir. Yuxudan doymayan insan isə gün ərzində sadəcə bu aclığı doyurmağın marağında olur. Maslovun tələbatlar iyerarxiyasında göstərdiyi kimi, həyatımızı ehtiyaclarımız dizayn edir. Bir növ nəyə ehtiyacımız varsa gündəmimiz yalnız bu olur. Yuxuya olan ehtiyacımız ödənmədikdə, əsəbi, bədbin, diqqətini bir yerə toplaya … Necə daha yaxşı yata bilərəm? oxumağa davam et

Əli və Nino yaxud Şərq və Qərb

Filminə 3 il öncə baxsam da kitabı oxuyandan sonra öncə də düşündüyüm fikrimi təsdiqlədim. Filmər heç bir zaman kitablar qədər dərin təsir edə bilmir. Ümumiyyətlə kitab yazarı ilə film ssenaristinin məqsədləri fərqlidir. Ona görə hər ikisindən eyni performansı gözləmək sadəlövhlük olardı. “Netflix”, “Amazon prime” kimi platformalar sayəsində kino daha çox vərdiş halına keçib. Demək olar ki, insanların özləri haqqında düşünmək istədikləri zaman fərqli-fərqli vasitələrlə baş … Əli və Nino yaxud Şərq və Qərb oxumağa davam et

Şerşti Skumsvold – Sürətləndikcə kiçilirəm

Biz gənclər olaraq həyatımızın hər anının dadını çıxarmağa çalışırıq. Bəzilərimiz valideyn olandan sonra, bu zövqü uşaqlarına yaxşı nələrsə daddırmaqla əvəz edir. Adətən bunu da özünü ikinci plana ataraq edir. Ancaq tabloya kənardan deyil də, tam qarşısından baxırıq. Belə olan halda isə tablonu tam görməyimiz qeyri-mümkündür. Mütləq ki, nələrisə gözdən qaçırırıq. Bu günki mövzuda isə diqqətdən qaçanlar, görməzdən gəldiyimiz, hal-xətirlərini belə soruşmadığımız yaşlılardır. Təsəvvür edin: evdə … Şerşti Skumsvold – Sürətləndikcə kiçilirəm oxumağa davam et

Lion Fextvanger – Qəribə adamın müdrikliyi və ya Jan Jak Russonun ölməzliyi

Əsər XVIII əsr Fransa İnqilabı, həmin dövrdə arxa fonda baş verənlər və bütün bu olanlara Jan Jak Russonun təsirindən bəhs edir. Əsərin baş qəhrəmanı Jan Jakın əsərlərini oxumuş, ona aşırı rəğbət bəsləyən Ermonvil sahib, zadəgan Markizin oğlu Fernanddır. Russo hər nə qədər krallıq rejiminin istəməiyi şəxs olsa da, atası Fernandın sevimli müəllimini ömürlük malikanəsinə dəvət edir. Burad onun bəyənəcəyi təbiət mühiti yaradır; xüsusi göllər və … Lion Fextvanger – Qəribə adamın müdrikliyi və ya Jan Jak Russonun ölməzliyi oxumağa davam et

Valery Snelnikov – Öz xəstəliyini sev!

İndiyə qədər bu qəbildən olan kitablar mənə uydurma kimi gəlirdi. Çünki çox iddialı adı vardı, fərdi inkişaf adına yazılan bir çox kitab kimi adamı hürküdürdü. Ancaq doktor Snelnikov sağolsun, məni yanıltdı. İşin qəribə tərəfi qeyd etdiyi səbəb-nəticələrin həyatımda baş verənlərlə birə-bir üst-üstə düşməyi oldu. Artıq kitabın içinə daldıqca, kitaba olan önmühakimələrimi kənara qoydum, bu gücümü kitabı anlamağa verdim. Kitabda mənə ilk təsir edən “Şüurumuz həmişə … Valery Snelnikov – Öz xəstəliyini sev! oxumağa davam et

Amin Maalouf – Səmərqənd

Səmərqənd dünyada  görmək istədiyim şəhərlərdən birincisidir. Bu şəhərə olan xüsusi simpatiyam, şəhərlə bağlı hər şeyi araşdırmağıma səbəb olub. Göy məscidləri, Mavəraənnəhrin paytaxtı olduğu dövründən hazırki Özbəkistan dövrünə qədər bir çox hadisə və tarixlər barədə məlumatlar öyrəndim. Əsərə olan marağım da bu sayədə oldu. Biraz araşdırandan sonra Kitabı oxumağa qərar verdim. Əsər o qədər maraqlıdır ki, hətta yolda oxuyanda belə diqqətim kitabdan yayınmırdı. Kitab iki hissədən … Amin Maalouf – Səmərqənd oxumağa davam et

Yaşadıqlarının fərqindəsənmi? Yaxud necə yaşayırıq? – Hakan Türkçapar

İlk öncə öz-özünə psixoterapiya rəhbəri olması fikri diqqətimi çəkdi. Müəllifin adını eşitsəm də haqqında dəqiq bilgilərə sahib deyildim. Kitabla bağlı araşdırandan sonra, öyrənməkdə olduğum Koqnitiv-Davranış Terapiyası (Bundan sonra KDT kimi yazılacaq) məktəbinin nümayəndəsi olduğunu, bu yöndə bir neçə kitab müəllifi olduğunu öyrəndim. Bu istiqamət üzrə indiyə qədər oxuduğum kitab və mterialların əksəriyyəti bu işlə peşəkar şəkildə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulan kiatblar olub. Bu … Yaşadıqlarının fərqindəsənmi? Yaxud necə yaşayırıq? – Hakan Türkçapar oxumağa davam et

Qənaətcil Startap – Erik Ris

Karantin günlərində edilə biləcək ən faydalı fəaliyyətlərdən biri də kitab oxumaqdır. Fərqli sahələrdən olan kitabları da məhz belə zamanlarda sınamaq olar deyə düşünürəm. Eyni zamanda karantindən sonra hər şeyin buraxdığımız kimi qalmayacağı dəqiqdir. Buna görə də, fərqli bacarıqlarımızı inkişaf etdirmək həm vaxtımızı səmərəli keçirməyimizi təmin edir, həm də, növbəti mərhələyə hazırlıq görmüş oluruq. Kitab Teas Press Nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Dili axıcıdır. Keçək … Qənaətcil Startap – Erik Ris oxumağa davam et

George Orwell – 1984

Kitabı oxuyarkən sanki SSRİ-yə səyahət etdim. Əsər ümumən sosialist rejimlərin, əsasən də o dövrdə (1930-40 cı illər) məşhur olan SRRİ-nin daxili siyasəti haqqındadır. Bəzi məqamlar mübaliğə təsiri bağışlasa da, bu rejimin təsirini günümüzdə sıx-sıx görmək mümkündür. Əsər Winston adlı partiya üzvünün sosial-iqtisadi vəziyyətinin tərənnümü ilə başlayır. Daha sonra partiyanın insanları necə ehtiyac içində saxladığını, onların vaxt və ümumilikdə həyatlarını necə əllərindən aldığını, uşaqların necə zombiləşdirildiyini, … George Orwell – 1984 oxumağa davam et