Sabit yazı

Həyəcan imtahanımız

Təhsilin əlçatan olması bərabərində imtahan anlayışını da gündəlik qida rasionumuza daxil edib. Hər gün kimsə imtahan verir, kimisi kəsilir, kimisi balı az oldu deyə, kəsilənlərin onu sakitləşdirməsini gözləyir, digər kəsim isə bu imtahanlardan keçməyini şad-xürrəm qeyd edir. Daha fərqli bir kəsim də var ki, onlar verdikləri imtahanı o qədər də düşünmür. Ona görə nə ona görə ağlayır nə də özlərini sevinmə haqqı görürlər. Azərbaycanlılar olaraq  … Həyəcan imtahanımız oxumağa davam et

Sabit yazı

5-ci Divar

Müasir dövrdə şəhər həyatı həyatlarını rəngarəng yaşamaq istəyən uşaqlar üçün həm imkan bolluğudur, həm də limitlər çoxluğu. Təsəvvür elə, yayda üzgüçülük ayrı, dəniz ayrı, dostlarla əyləncələr ayrı, futbol və rəqs ayrı, və bu qəbildən olan nə qədər fəaliyyətlə məşğul olursan. Tam 3 ay. Sonra isə məktəbə gedirsən. Müəllim üstünə qışqırır ki, düz otur, yay tapşırıqların hanı? Dərsdə niyə danışırsan? Yayda sadəcə yatmısan?! Həə bu arada … 5-ci Divar oxumağa davam et

Sabit yazı

Bacardım

Bəzi sözlər var ki, onların eşidilməsi belə insanı həvəsə gətirir, iş görməyə vadar edir. Yuxarıda yazdığım söz də o sehrli kəlmələrdəndir. Ancaq bu sözün arxasında həm də möhtəşəm komanda və çox ülvi bir məqsəd dayanır. Bacardım, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və inkişaf imkanlarının bərabərləşdirilməsi üçün çalışan bir komandadır. Komandanın təsisçiləri Günel İsakova və Fatma Qurbanovadır. Bu xanımlar ölkədə olan təhsil layihələrinin böyük … Bacardım oxumağa davam et

Uşaqlar nə üçün dərs oxumaq istəmir?

Karantin müddətində dərslərin onlayn məcraya daşınması, çoxdan aktual olan, ancaq gündəmdən kənarda qalan bir mövzunu da diqqət mərkəzinə daşıdı. Söhbət uşaqların “təlimə olan münasibəti”ndən gedir. Bir çox mövzuda olduğu kimi məktəbə, dərsə hazırlıq da sadəcə yaşı gəldiyi üçün edilən bir rituala dönüb təəsüf ki. Ancaq məktəb yaşı gəlmədən məktəbəqədər yaş dövründə(3-6 yaş) valideynlər övladların təlim mühitinə psixoloji olaraq hazırlamalıdır. İlk verilməli olan sual isə məktəbə … Uşaqlar nə üçün dərs oxumaq istəmir? oxumağa davam et

Uşaqlar nə üçün məktəbə getmək istəmir?

Son zamanlar uşaqlarla ən çox rast gəlinən problemlərdən biri də uşaqların məktəbə getmək istəməməsi ilə bağlıdır.  Bir çox uşaqlar ya istməyərək gedir, ya da ümumiyyətlə məktəbə getməyi rədd edir. Nə qədər məktəblə bağlı mükafatlar, sözlər verilsə də uşaqlar getməməkdə israr edir. Bu da onların proqramdan geri qalmalarına, uşaqlara uyğunlaşmamalarına gətirib çıxarır. Son olaraq  uşaqlarla bağlı bütün stuasiyalarda olduğu kimi burada da əsas əziyyəti valideynlər çəkir. … Uşaqlar nə üçün məktəbə getmək istəmir? oxumağa davam et

Lion Fextvanger – Qəribə adamın müdrikliyi və ya Jan Jak Russonun ölməzliyi

Əsər XVIII əsr Fransa İnqilabı, həmin dövrdə arxa fonda baş verənlər və bütün bu olanlara Jan Jak Russonun təsirindən bəhs edir. Əsərin baş qəhrəmanı Jan Jakın əsərlərini oxumuş, ona aşırı rəğbət bəsləyən Ermonvil sahib, zadəgan Markizin oğlu Fernanddır. Russo hər nə qədər krallıq rejiminin istəməiyi şəxs olsa da, atası Fernandın sevimli müəllimini ömürlük malikanəsinə dəvət edir. Burad onun bəyənəcəyi təbiət mühiti yaradır; xüsusi göllər və … Lion Fextvanger – Qəribə adamın müdrikliyi və ya Jan Jak Russonun ölməzliyi oxumağa davam et

Məktəbə hazırıqmı ?

Bu gün valideynlər yeni tədris ili ilə bağlı həyəcanlı olmalarına baxmayaraq, eyni  həyəcanı artıq uşaqlarda görə bilmirik. Çünki yeni tədris ili artıq onlara maraqlı heç nə vəd etmir. Əksinə onlar dərs başlayandan sonra, uzaq qalacaqları planşet və telefonları, dərsdən sonra onları həddindən artıq yükləyən kursları düşünürlər. Buna görə də dərs onlara öyrənmə və ünsiyyət vasitəsi deyil, bir məcburiyyətə çevrilir. Bunun bir başqa və daha ağır … Məktəbə hazırıqmı ? oxumağa davam et

#övladınüçünoxu’san…

Kitabsevər dostumuz, bloqer Sərxan Rüstəmov bir neçə gün öncə maraqlı bir təklif etdi. Təklifi video-müraciət formasında edən Sərxan bəy BookMap səhifəsindəki müraciətində bildirdi ki, oxuduğumuz kitabları sosial şəbəkələrdə paylaşarkən #övladınüçünoxu həştəqindən istifadə edərək paylaşaq ki, kitab oxumağa vaxtı  olmayan valideynlər və dostlarımız da bundan faydalana bilsinlər. Bir kitabsevər, uşaq psixoloqu olaraq buna sevinməyə bilməzdim. Artıq Sərxan bəy bunun üçün xüsusi motivasiyaedici videorolikdə hazırlayıb. Videoda göründüyü Azərbaycanın sosial mediada tanınmış simaları bu … #övladınüçünoxu’san… oxumağa davam et