Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

Bəlkə bitdim, təzədən…

Qəbrimi bulud sulasın,Bəlkə bitdim təzədən.Bir tək-tənha qurd ulasın,Bir şikəst quş ağlasın. Qəbrimi lap dərin qazın,Bir səs-səmir gəlməsin.Kim ağlasa, xısın-xısın,Yavaş-yavaş ağlasın. Bu misraları,Kamran Bilalov ciddi bir rok stilində qulaqlıqla bir başa beynimə qışqırır. Çox sevdiyim mahnıdır o öz yerində. Amma bu gün sanki xüsusi bir şey hiss edirəm. Hal-hazırda Dədə Qorqud parkındayam. Geştalt terapiyanın üçüncü modulunun son günüdür. Saat 6-ya işləyir. Gün batmaqdadır. külək də yoxdur. … Bəlkə bitdim, təzədən… oxumağa davam et

Sabit yazı

Duruca Şəlaləsi, Qəbələ

Çoxdandır, səyahətdən yazmıram. Əslində gedirəm yenə. Ancaq emosiyalarımı ötürmək bəzi vaxtlarda çətin gəlir. Bəlkə də istəmirəm. Burada yeni sayt üçün beynimdə bəzi fikirlərin olmasının da payı var. Ancaq hər bir halda məncə yazmaq mənə yaxşı gələn bir şeydir. Bu dəfəki səfərim Qəbələnin Duruca kəndinə və oradan şələləyədir. Ötən dəfə getdiyim Tokiəxil şələləsindən sonra yenidən şəlalə yürüşü standartmış kimi gəldi. Amma bu hiss uzun sürmədi. Çünki … Duruca Şəlaləsi, Qəbələ oxumağa davam et

Sabit yazı

Çəyirtkə

Çox möhtəşəm ay var. Hər zaman belə parlaq görünmür ay. Bəzi yerlərdə şəhər işıqlarını belə basdırır. Ay, mənə qütb ulduzumu da xatırladır. Əslində heç vaxt unutmuram. Amma ayda da sanki əksini görürəm. Bəlkə də mən yansıdıram. Hər bir halda aya xüsusi maraq və sevgim var. Ancaq bu gecənin mövzusu ay deyil. Ay qədər dəyərli, bir o qədər də diqqətdən kənarda qalmış uşaqlıq xatirələrimdən süzülən bir … Çəyirtkə oxumağa davam et

Sabit yazı

Yasəmən

Şəhərdə gəzəndə insanları və onların məşğul olduqları şeyləri analiz etməyi sevirəm. Psixoloqluqdan gələn bir şey deyil. Əslində tərsi doğrudur. İnsanlara olan marağıma görə seçmişəm. 14 ildir ki, peşman deyiləm bu seçimdən. Bu aralar ən çox diqqətimə dəyən mövsümi işlər görən insanlardır. Səyyar satıcılar və gülçülər. Səyyar satıcılar həmin günki tələblərə operativ reaksiya verir. Amma gülçülər özləri sanki yeni ehtiyac yaradır. Onların yaratdıqları yenilikləri də bəyənirəm … Yasəmən oxumağa davam et

Sabit yazı

Xüşu

Saat bilmirəm neçədir. Amma onu bilirəm ki, iftardan sonradır. İlahiyyat məscidinin həyətində oturub yatsı namazının azanını gözləyirəm. Bu əsnada həyətdə samovar iyi burnuma vurdu. Məndən bir az aralıda çay dəmlənib, hər kəsi çağırırdılar. Mən də çayımı alıb, bir küncdə oturmuşam. Sanki buludların üzərindəyəm. Sonuncu dəfə nə zaman belə hiss etmişəm bilmirəm. Bura əslində dostlarla gəlmişəm. Mamed və Mirsadiq çantalarını maşına qoymaq üçün gediblər. Tamerlan da … Xüşu oxumağa davam et

Sabit yazı

Həyəcan imtahanımız

Təhsilin əlçatan olması bərabərində imtahan anlayışını da gündəlik qida rasionumuza daxil edib. Hər gün kimsə imtahan verir, kimisi kəsilir, kimisi balı az oldu deyə, kəsilənlərin onu sakitləşdirməsini gözləyir, digər kəsim isə bu imtahanlardan keçməyini şad-xürrəm qeyd edir. Daha fərqli bir kəsim də var ki, onlar verdikləri imtahanı o qədər də düşünmür. Ona görə nə ona görə ağlayır nə də özlərini sevinmə haqqı görürlər. Azərbaycanlılar olaraq  … Həyəcan imtahanımız oxumağa davam et

Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Sabit yazı

Harda dayanım?

Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm. Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. … Harda dayanım? oxumağa davam et

Sabit yazı

Qütb ulduzu

Həyətdəyəm. Nənəmin həmişə altındakı oturacaqda oturduğu xurma ağacı olan yerdə. Doğulduğum, həyatımın ilk 17 ilini tam, sonrakı 13 ilini isə epizodik olaraq yaşadığım həyətdə. Keçən yaydan etibarən burda olmamışam. 30 yaşımdan öncə gəldiyimdə hər yer yaşıl və rəngarəng idi. İndi isə ağaclarla bərabər sanki evdə çılpaq və yaddır. Ya da mənə elə gəlir. Hava çiskinlidir. Yağış yağır. Arada belə havalarda siqareti niyə tərgitdiyimi sorğulayıram. Çünki, … Qütb ulduzu oxumağa davam et

Sabit yazı

Serenad – Ömer Zülfü Livaneli

“Bu dünyada sənə pislik etmək istəyən insanlar çıxacaq qarşına, amma unutma ki, yaxşılıq etmək istəyənlər də çıxacaq. Bəzi insanların ürəyi qaranlıq, bəzilərinki isə aydınlıqdır. Gecə ilə gündüz kimi! Dünyanın pisliklərlə dolu olduğunu düşünüb küsmə, hər kəsin yaxşı olduğunu düşünüb xəyal qırıqlığına uğrama! Özünü qoru.., insanlara qarşı özünü qoru!” Bu sətirlər kitabda yazılan ən sevdiyim cümlələr ola bilər. Ancaq əsəri iki cümlə ilə ifadə etmək, həm … Serenad – Ömer Zülfü Livaneli oxumağa davam et

Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et