Sabit yazı

Bacardım

Bəzi sözlər var ki, onların eşidilməsi belə insanı həvəsə gətirir, iş görməyə vadar edir. Yuxarıda yazdığım söz də o sehrli kəlmələrdəndir. Ancaq bu sözün arxasında həm də möhtəşəm komanda və çox ülvi bir məqsəd dayanır. Bacardım, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və inkişaf imkanlarının bərabərləşdirilməsi üçün çalışan bir komandadır. Komandanın təsisçiləri Günel İsakova və Fatma Qurbanovadır. Bu xanımlar ölkədə olan təhsil layihələrinin böyük … Bacardım oxumağa davam et

Sabit yazı

Bir günlük mərhəmət

Psixoloq olaraq tabe olduğum ekol (məktəb) düşüncə və davranış hibridi olan bir nəzəriyyəyə bağlıdır. Bu məktəbin xoşuma gələn və əksər vaxtlarda özünü təsdiq edən nəzəriyyələrindən biri də mükafatla bağlıdır. Mükafat deyəndə xüsusi qrant filan olmaq məcburiyyətində deyil. Motivasiyasımızı artıran bir nəsnədən söhbət gedir. Misal üçün indi bu bloqu yazmaq mənə emosional rahatlıq bəxş edir. Bayaqdan canvada cover şəkli hazırlayarkən əslində arxa fonda mövzunu bişirirdim. İndi … Bir günlük mərhəmət oxumağa davam et

Sabit yazı

Sosial medianın uşaqlara təsiri/müsahibə

Sosial medianın uşaqlara təsiri Sosial medianın artan rolu gündən-günə dəyişir. Artıq sosial media servisləri təkcə insanlara yox, sosial-siyasi sistemə, iqtisadi münasibətlərə və digər sahələrə güclü təsir edir. Sosial şəbəkələrin insan psixologiyasına göstərdiyi effektlər də akutal məsələdir. Xüsusən, uşaq və yeniyetmələrin psixoloji durumu sosial media vasitələri ilə qarşılıqlı əlaqədədir. Mövzu ilə bağlı uşaq və yeniyetmə psixoloqu Murad Akifsoyla çay söhbəti etdik. AzNews.az həmin müsahibəni təqdim edir. … Sosial medianın uşaqlara təsiri/müsahibə oxumağa davam et

Sabit yazı

İçimizi göstərən güzgülər

Təsəvvür edin, heç sevmədiyiniz eyni zamanda sizin karyera və həyatınız önəmli olan biri ilə görüşünüz var. Ürəyiniz yerindən qopacaq kimidir. Bir yerdə qərar tuta bilmirsiniz. Üstəlik o adam sizin onu sevmədiyinizi, hətta zəhləniz getdiyini də bilir. Tər basdı həə sizi? Ay Allah necə olacaq. Görəsən bu görüşlə mənə əngəl olacaqmı? Yoxsa peşəkar davranıb sadəcə prosesə fokuslanacaq? Ağlınıza min cürə ehtimal gəlir. Əksəriyyəti də fəlakət ssenariləridir. … İçimizi göstərən güzgülər oxumağa davam et

Sabit yazı

Yarpaqsız ağaclara oxşayan biz

Payız vaxtı səhər tezdən parkları gəzməyi çox sevirəm. Yayda nə qədər yaşıl və yer isti olsa da göydəki isti, adamı kondisioner əsiri edir deyə çölə burnunu belə çıxarmaq belə istəmirsən. Üstəlik mənə elə gəlir ki, yay insanların sadəcə yola verməyə çalışdıqları fəsildir. Hamı axşamı, sərin olmasını gözləyir. Eyni zamanda yağacaq yağışı, sərin payızı. Həə, yaydan zəhləm getməsini bəzədiyimə görə mövzuya qayıda bilərəm. Mən kənddə böyümüşəm. … Yarpaqsız ağaclara oxşayan biz oxumağa davam et

Motivasiya sənayesi yaxud beyin “fastfood”u

Son dövrlərdə qida sektorunda olan yeniliklər, yemək sifarişləri, təqdim olunan təamlar, dəyişən dad seçimi fonunda ortaya çıxan mənzərə odur ki, artıq insanlar “hərkəsləşmə”yə doğru gedir. Hər kəs” fast-food” hansısa növündən asılı olduğunu qürurla olduğu mühitlərdə car çəkir, yerli yaxud milli olan yeməklər isə əksinə xor görülür. Restoranların təqdim etdiklərinə baxsaq mənzərəni tam görə bilərik. Təsəvvür edin milli restorana getmisiniz, indiyə qədər öyrəşmisiniz ki, mədənizin aclıq … Motivasiya sənayesi yaxud beyin “fastfood”u oxumağa davam et