Valery Snelnikov – Öz xəstəliyini sev!

İndiyə qədər bu qəbildən olan kitablar mənə uydurma kimi gəlirdi. Çünki çox iddialı adı vardı, fərdi inkişaf adına yazılan bir çox kitab kimi adamı hürküdürdü. Ancaq doktor Snelnikov sağolsun, məni yanıltdı. İşin qəribə tərəfi qeyd etdiyi səbəb-nəticələrin həyatımda baş verənlərlə birə-bir üst-üstə düşməyi oldu. Artıq kitabın içinə daldıqca, kitaba olan önmühakimələrimi kənara qoydum, bu gücümü kitabı anlamağa verdim.

Kitabda mənə ilk təsir edən “Şüurumuz həmişə təhtəlşüurdan bir an geri qalır” fikri oldu. Yəni şüuaraltımız hər şeyi bizim idrak etməyimizdən öncə dərk edir. Daha sonra müəllif əlaqə kanallarımızı 3 hissəyə bölür;

  • Neyrofizioloji süzgəc -görmə, eşitmə, iybilmə, dadbilmə, lamisə
  • İctimai süzgəc – ailə, milli mənsubiyyət, din, tarix, adətlər
  • Fərdi süzgəc – fikir, yəginlik, hiss, emosiya və sonda isə təhrif olunmuş reallıq yəni bizim dünya modelimiz ortaya çıxır.

Bundan sonra müəəlif psixologiyanın tərifini bir az da sadələşdirir. “Bizim dünyamız, öz fikirlərimizin inikasıdır(əksidir). Lakin fikirlər maddiləşənə qədər müəyyən dəyişikliklərə uğrayır.

Kitabın əsas mesajı mənə görə “Həyatda nəyimiz varsa özümüz ətrafımızda yaratmışıq” fikri oldu. Bu o deməkdir ki, insan düşüncələri ilə özünü və ona bağlı ətrafını dizayn edir. Sizə bu fikri qəbul etmək biraz çətin gələ bilər. Çünki indiyə qədər öyrəndikləriniz buna qarşıdır. Adından görünüdüyü kimi əsas mövzu xəstəliklərdir. “istənilən xəstəlik müalicə oluna bilər, bir şərtlə ki, insan onu aradan qaldırmaq üçün məsuliyyəti öz üzərinə götürsün”. Ümumiyyətlə biz toplum olaraq hər şeyin məsuliyyətini (əslində günahını) başqalarında axtarırıq. Çünki bizə öyrədiblər ki, biz səhv edə bilmərik. Amma başqaları edir, onlar günahkardır. Ona görə bura çatanda artıq blogu yarımçıq qoymaq istəyə bilərsiniz. Tələsməyin.

“Fikir universal enerji formasıdır, o həm dağıdıcı, həm də yaradıcı gücə malikdir. ” “Özünü başqalarından üstün hesab etmək hissi, məğrurluq və başqasını alçaltmaqdan doğur. Bunlar yenə bəyəndiyim fikirlərdir. Birinci barədə nəsə deməyə lüzum görmürəm. Maraqlananlar, müəllifin geniş izahını kitabın özündən oxuya bilər. İkincisi barədə onu deyə bilərəm ki, biz kiməsə yuxarıdan aşağı baxmaqla, başqaları üçün də bizə yuxarıdan aşağı baxmalarına şərait yaradırıq. Təkcə siz yox, digər 7 milyardda nadir və fərqlidir.

“Əgər kimisə dəyişmək istəyirsinizsə, ilk özünüzdən başlayın. Özünüzə olan münasibətiniz dəyişəndən sonra, davranışlarınız dəyişəcək, bu da ətrafınızdakı insanların yeni “mən”inizlə hesablaşmasına gətirib çıxaracaq. Bu davranış psixologiyasında çox saylı təcrübələrlə təsdiqlənmiş faktdır həmdə. Çoxdan başa düşməlisiniz ki, ətraf aləm sizə nəsə verməyə borclu deyil.

Mənə təsir edən, axtarışında olduğum məsələlərdən biri də özünücəzalandırmadır. Müəllif bildirir ki, cəza nəyi etməməli olduğumuzu göstərir, amma bizə nə etmək lazım olduğunu tam göstərə bilmir. Bəzən biz öz davranışlarımıza bir məan verə bilmirik. Birincisi, biz onu niyə elədiyimizin fərqində deyilik, ikincisi bunun əvəzində nə etməli olduğumuzu da bilmirik. Yəni eyni şeyləri edib, fərqli nəticələr gözləyirik.

Nəyi bəyənmədim: xəstələrlə bağlı keyslər çox qısadır. Ya da mənə elə gəlir, çünki xəstənin tarixçəsi çox maraqlandırır məni.

Nəyi bəyəndim: Akademik bilgilərə hakim olmaqla bərabər, bunu təcrübədə tətbiq edib, sınanmış bilgilərlə qarşımıza çıxır. Bizə özünü sübut etmə məcburiyyəti hiss etmir. Kitabın tətbiqi hissəsinin icmalı sizi qarışdıra bilər deyə burd qeyd etmədim. Özündən oxuyub tətbiq etməniz daha doğru olar.

Kitabı oxumaq üçün səbəb:

  • Özünüzü və problemlərinizi tanıyacaqsınız. Üstəlik bunu həll etmək üçün alətləri də sizə .
  • Hansı xəstəliklər necə yaranır, səbəb və nəticələri ilə birlikdə detallı izah olunur.
  • Məsuliyyəti öz üzərinizə götürmək üçün bütün imkanlar tədqim edilib.
  • Ümumilikdə yeni bir həyat modeli təklif edir, bu da sizə həm maraqlı, həm də həyəcanlı gələcək.
  • Özünüzə və insanlara baxışınız dəyişəcək

Keçmişdə ilişib qalmaq və ya heç yaşanmamış gələcəkdə qalmaq bizi andan qoparır. Sizə təsir edən hər gün eyni şəkildə davranıb fərqli nəticələr gözlədiyiniz davranışları, yeniləri ilə əvəz edib, daha məmnun bir həyata başlamanız diləyi ilə xoş mütaliələr.

Valery Snelnikov – Öz xəstəliyini sev!” üzərinə 2 şərh

  1. Şəxsi inkişaf mövzusunda yazılan bəzi kitablara qarşıyam biraz. Amma bu kitab çox marağımı çəkdir. Şüuraltı məsələsi son zamanlar çox fikirləşdiyim bir şeydir. Özümdə olan bəzi problemlərimin əslində uşaqlıqdan bəri şüuraltımda yaranan problemlər ilə əlaqələndirirəm. Ümumilikdə çox ləzzət elədi bloq.😎

    tərəfindən bəyənildi 1 şəxs

  2. Həqiqətəndə son illərdə oxuduğum kitabların içərisində çox seçilir. Bir neçə dəfə oxuduqdan sonra daşlar yerinə oturur) Kitaabı yaxşı incələyib tam və dolğun fikirlərlə izah eləmisiniz. Təşəkkürlər.

    tərəfindən bəyənildi 1 şəxs

sonasalman üçün bir cavab yazın Cavabı ləğv et