Saxurların gözü Mamrux

Bu gün çoxdan arzuladığım bir səfəri reallaşdırdım. Velosipedlə aramızda bir kənd daha olan, Dağətəyi kənd Mamruxa getdim. Belə yerlərdə iki ya 3 nəfərlik qruplar arzuolunandır. Mən də hər zamankı kimi Şıxəmirlə getdim. Səhər 6 da düşünsəkdə tez olduğuna görə 8 ə dəyişdik. Bir saata kəndə çatdıq. IMG_20200621_084637

Öncə kənd məscidinə, onun həyətindəki köhnə Alban məbədinə baş çəkdik. Məscid bölgə memarlığı üslubunda tikilib. Doğma olan üslubu burada da görmək ruhumuzu oxşayır. Karantin dövründə olduğumuz üçün təəssüf ki, bağlı idi. Sadəcə həyətində gəzə bildik. IMG_20200621_091927

Alban məbədi sovet dövründə tövlə kimi istifadə olunub deyilənə görə. Hazırda isə baxımsız vəziyyətdədir. Ancaq bir həyətdə həm köhnə Saxurların xristian olduqları dövrdə tikilən bina, onunlü eyni həyətdə isə yenə Saxurların müsəlman olduqları müasir dövrdə tikilən məscid vardı. Bu tandem xüsusilə həm xoş təəssürat yaradır, həm də özünə heyran edir sanki. IMG_20200621_103241-01

Ondan sonra məscidin sol tərəfindən 150 metr aralıqda yerləşən, divarında ərəbcə məlumat lövhəsi olan körpüyə baş çəkdik. Ətrafı iri ağaclarla əhatə olunan bu körpünün altından su axmırdı çox təəssüf ki. Bu bir növ körpünü yararsızmış kimi göstərir. Amma çayın yatağının dərinliyi maşın və hətta at arabasının da keçidinə əngəl törədir.

 

Daha sonra kənd mərkəzində biraz gəzdikdən sonra  çay içməyə qərara aldıq. Kənd əhalisinin mehribanlığı, hər kəsin bir-birilə salamlaşmağı diqqətimdən yayınmadı. Bizim də kənddə hamı bir-birinə salam verir. Bu çox bəyəndiyim adətdir. Allahın adını bir-birimizə ötürürük. Burada isə xüsusi mehribanlıqla edilirdi bu hərəkət. Yorğunluğumuz, çayın ləzzətli dəmi, havanın istiliyi, hər zamankı zarafatlarımız deyərkən bir saata yaxın vaxt keçdi, dincimizi alıb, yola çıxdıq. IMG_20200621_101122-01

Ordan çıxarkən Mamrux kənd məktəbinin müəllimi, araşdırmaçı Sakit müəllim bizi qonaq çağırdı. Mamruxun ümumi tarixindən, onun fərqli fərqli dövrlərdə yaşadığı tarixi, mədəni dəyişikliklərdən söhbət elədi. Bu gün həmdə bizi maraqlandıran digər bir məsələ Mamruxun incisi deyə biləcəyimiz Armatay( Ay ilahəsi) məbədi haqqında öyrənmək, mümkün olsa ora qalxmaq idi. Təəssüf ki, məlumat alsaq da, bələdçisiz ora qalxmaq qeyri-mümkündür. Dağ-meşə içində dağılmaqda olan məbədi tapmaq xeyli müşkül olacaqdı. Mamruxun qədim olduğunu bilmirdim. Amma dəmir dövrünə aid məbədlərin, qəbirlərin varlığından xəbərsiz idim. Kəndə olan marağım daha da çoxaldı. Uşaq vaxtı arı köçləri ilə bura gələndə kəndin gözəlliyi az-çox yadımda idi. Amma bu gün bir təbiətsevər olaraq vuruldum bu gözəlliyə. Sakit müəllimin qonaqpərvərliyi, danışdığı maraqlı tarixi hadisələr(özü tarix müəllimidir), regionun tarixi əhəmiyyəti barədə bir çox mövzular mənim üçün əsl ruhi meditasiya oldu.IMG_20200621_110917

Ordan yenicə çıxmışdıq ki, Rəssam Əhməd müəllim, hələ də, kənddə olub olmadığımızı soruşdu. Öncəki gün gələcəyimi xəbər vermişdim. Yeni Mamruxdan, köhnə Mamruxa qalxdıq təzədən. Dağın lap dibinə. Dünəndən başlayaraq velosiped sürdüyümə görə, xeyli çətinlik çəkdim. Şıxəmir isə hər gün sürməyinin verdiyi rahatlıqla rahatca davam edirdi. Həqiqətən həyətinin dizaynı, evinin divarlarındakı rəsmlər, evin rəssama məxsus olduğunu deyir. Bütün kəndi və ətraf dağ və meşələri görə biləcəyimiz kəndib bu hissəsində xeyli, Saxurların milli-mədəni məsələləri barədə söhbət elədik. Sakit müəllimin danışdığı tarixi faktların üzərinə, Əhməd müəllimlə də daha çox sosial mövzuları xırdalamaq Mamrux və onun Saxurların tarixindəki rolunu daha aydın başa düşdüm.IMG_20200621_120643

Daha sonra qonşuluqda olan, Qafqaz Albaniyası dövründən qalan imarət olub da, hazırda tövlə kimi istifadə olunan bir binaya baş çəkdik. Baxımsız vəziyyəti ilə bəlkə də 20-25 il ömrü qalıb. Ya da ev sahibi yeni tövlə tikərkən sökməli olacaq. Çox acınacaqlı vəziyyətdir. Ümumiyyətlə Zaqatalada çoxlu tarixi binalar eyni taleyi yaşayır. Şəhər mərkəzindəki alban kilsəsi də həmçinin. Sağollaşıb üzü bizim kəndə doğru yol aldıq. IMG_20200621_120907-01

Kənddən çıxandan sonra, bir kənardan Mamruxun aşağıdan şəklini çəkdim. Həqiqətən tam da yaşamaq istəyərəm dediyim yer idi. Ətrafınsa dağ meşələri, içindən və yanından axan çaylar, geniş bağlar, səmimi insanlar. Bir sözlə mənə görə hüzuru tərif edəcək çox şeyləri burada tapdım. Bir də Zaqatalada Çardaxlar kəndini bu qədər bəyənirəm. Amma Mamrux artıq ilk pillə oldu mənim üçün. IMG_20200621_122612-01

Bu gün yaşadığım digər bir təcrübə isə Mamruxun qonaqpərvərliyidir. Sakit müəllim və Əhməd müəllimi Facebook sosial şəbəkəsi üzərindən söhbətlərimiz olsa da ilk dəfə idi real görüşürdük. Sanki illərin tanışları, dostları kimi qarşıladılar bizi. Mənə görə, kimsə mənə evini açıbsa ora getməmək özü ədəbsizlikdir. Bu gözəl insanlar sayəsində Mamrux çox gözəl xatirələrdə yaddaşımda həkk olundu. Onlar mənə görə bütün Mamruxu təmsil edirdilər.

Kəndimizdən olan, Gəncədə yaşayıb-yaratmış Saxur yazıçımız Əhməd İsayev son əsərlərindən birini Kəndimizə həsr edib. Adını da “Saxurların gözü Suvagil” qoyub. Bizim kənd Dünyada ən böyük Saxurların kompakt yaşadığı yer olsa da (təxminən 7000 nəfər – 1400 ə yaxın ev)mənə görə gözəllik və tarix baxımından “Saxurların gözü Mamrux”dur.

Hər bir Azərbaycan vətəndaşının öz milli-mənəvi dəyərlərinə sahib çıxaraq, onları qoruyub saxlaması ümidi ilə 21 iyun 2020-ci il.

 

Saxurların gözü Mamrux” üzərinə 3 şərh

  1. İlk dəfə Qubada ( Qəçrəş ) diqqətimi çəkmişdi mənim də insanların tanımadıqları insanlarla salamlaşmaqlari , pozitiv enerji ötürürlər insana və hər birini üzündə kiçik də olsa gülümsəmə mütləq olur 🥰 gəzib gördüyün kənd haqqında isə mən də gəzmiş qədər oldum, kəndin tarixi haqqında daha dərindən öyrənmək istəyərdim. Sonuncu foto isə göz oxşayır 😍

    tərəfindən bəyənildi 1 şəxs

  2. Zaqatala o qədər dillərə düşüb ki, mənim də öyrənmək, gəzib görmək istədiyim bir yer halına gəlib, bu yazı isə biraz da olsun Zaqatalanı hiss etdirdi mənə, bir gün canlı görmək ümidilə ^_^
    Baxımsız abidələri işıqlandırmaq lazımdı, tez-tez paylaşılsa, bəlkə diqqət mərkəzində olar. Bunun kimi başqa abidələrdən də yaz ^_^

    Bəyən

Murad üçün bir cavab yazın Cavabı ləğv et