Yaşadıqlarının fərqindəsənmi? Yaxud necə yaşayırıq? – Hakan Türkçapar

İlk öncə öz-özünə psixoterapiya rəhbəri olması fikri diqqətimi çəkdi. Müəllifin adını eşitsəm də haqqında dəqiq bilgilərə sahib deyildim. Kitabla bağlı araşdırandan sonra, öyrənməkdə olduğum Koqnitiv-Davranış Terapiyası (Bundan sonra KDT kimi yazılacaq) məktəbinin nümayəndəsi olduğunu, bu yöndə bir neçə kitab müəllifi olduğunu öyrəndim. Bu istiqamət üzrə indiyə qədər oxuduğum kitab və mterialların əksəriyyəti bu işlə peşəkar şəkildə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulan kiatblar olub. Bu kitab həm də mənə iş prosesində insanlar KDT-nı daha sadə şəkildə izah etməyimə yardım edəcək. Adından göründüyü kimi kitabda daha çox indiki anımıza fokus olmaq, ümumiyyətlə “həyatı necə daha effektiv və hüzurlu yaşamaq olar” barədə  real nümunələr öz əksini tapıb. Keçək kitabdan qeyd olaraq ümumiləşdirdiyim hissələrə.

Fərqində ol – Hər hansı hadisə və ya vəziyyətin bizə təsir edə bilməsi üçün öncəliklə onun fərqinə varmağımız, qavramağımız lazımdır. Gün boyunca yaşadığımız bir çox şey olub keçərkən sizin fərqinə vardıqlarınız hansılardır? Ümumiyyətlə var mı? Bu hadisələri olduğu kimi deyil, adətən qavradığımız kimi görürük. Prosesin bu şəkildə icrası isə bir başa beynimizin quruluşuna bağlıdır.

Beyin – İnsan beyni quruluş olaraq 60-90 min il öncəki halıyla eynidir. Həmin zamanlarda əsas fəaliyyət ovçuluq və yığıcılıq idi.  İnsan ölümlərinin əksəriyyəti xarici təsirlər üzündən baş verirdi. Beynimiz də buna uyğun olaraq xarici təhlükəyə qarşı savaş ya da qaç , ac qalanda isə “itki var, enerjini qoru” siqnalını verir. Bu gün isə vəziyyət fərqlidir, xarici təhlükələr azdır. Bu uyğunsuzluq bizi quruluş anlamında bəzi psixi narahatlıqlara yatqın hala gətirir. Zərər görmə görmə halının aşırı və uyğun olmayan şəkildə təsirə məruz qalmasından təşviş pozuntuları, enerjini qorumaq halının aşırı və uyğun olmayan şəkildə təsirə məruz qalmasından isə depressiya ortaya çıxır.

Qorxu – həyatımıza qarşı ola biləcək hər hansı qarşı qıcığa olan təbii reaksiyamızdır. Xarici bir təhdid varsa, qorxu bizi narahat etməz, əksinə bizi qoruyar. Ancaq ortada həqiqi bir təhlükə yoxdursa və qorxuruqsa sadəcə olaraq qorxunun yan təsirlərini yaşamış olarıq. Başımız ağrımayanda atdığımız dərman kimi. Digər xüsusiyyətimiz isə enerjini qorumaqdır. Həmin dövrdə yemək tapa bilməyib boşuna qaçışdığımıza görə beynimiz “heç olmasa, otur, enerji itməsin” vəziyyətinə keçir. “Heç bir şey qazanmayacaqsan əlindəkini qoru”

Duyğular – insanın sahib olduğu çox önəmli mənəvi alətdir. Bu alətin əsas vəzifəsi bizə daxili və xarici dünyamızla bağlı məlumat vermək, necə yaşamaq və ya necə bir insan olmaq istədiyimizi göstərməkdir. İnsan heç bir şey eləmədən öz-özünə xoşbəxt olma enerjisinə sahib deyil. İnsan nəyisə edərək( görərək, toxunaraq, eşidərək) xoşbəxt olur. Duyğular vəzifələrinə uyğun başa düşülüb, istifadə olunarsa, həyatmıza müsbət yöndə təsir edib, inkişaf etdirər. Ancaq yanlış şəkildə qavranılarsa, duyğu pozuntularının əmələ gəlməsinə mənfi mənada təsir etmiş olar.

Düşüncələr – Duyğular nə istədiyimizi, düşüncələr isə bu istəyimizə necə yaxınlaşa biləcəyimizi göstərir. Ruhi sıxıntıları olan vəziyyətdə  düşüncələrin işə yaramaz hala gəlib problem olduğu yer, insanın münasibətləri (özü və başqaları) ilə bağlı düşüncə və inanclarıdır. “Mən dəyərsiz biriyəm” “Dəyərli olmaq üçün filan şeyi etməliyəm” kimi.  İnsanların eyni hadisələrə olan fərqli yanaşmalarının altında, zehnimizdəki düşüncə işləmə scemləri yatır. Bunlar da öz növbəsində anlıq(avtomatik) düşüncələrimizə, anlıq düşüncələr də emosional reaksiyalarımıza təsir edir.

Davranışlar – Hər hansı psixoloji narahatlığı olan insnaın ilk baş vuracağı çarə qaçmaq və ya yayınmaqdır. “Liftdə qalsam panik atak keçirə bilərəm, ona görə ən yaxşısı pilləkənlə düşüm (qaçma) ya da evdə oturum ən yaxşısı (yayınma).” Digər tərəfdən insan yaxında və real olma ehtimalı yüksək olan cəza yaxud mükafata yönəlir. Uzaqda olan mükafat yaxud cəza onun üçün real görünmür. Siqaret çəkən insan onun indi verdiyi həzzə (mükafat) yönəlir. Mənfi nəticələr hələ nə vaxtsa olacaq , ona görə davranışına davam edir.

Həll yolları – Həyatımızda idarə edə bildiyimiz (davranış və münasibətlərimiz), idarə edə bilmədiyimiz (yaxınlarımızın xarakterik xüsusiyyətləri) nəsnələr var. Biz adətən idarə edə bilmədiklərimizlə əlləşirik. İdarə edə bildiklərimizdən (düşüncə və duyğular) qaçırıq. Məsələn qorxu hissi keçirmək bizə kabus kimi görünür. Halbuki, bəznətməli olsaq qorxu hissi sadəcə bir xəbəri gətirən poçtalyondur. Ya da görməzdən gəlirik. Portağalları ard-arda düzüb alma yazsaq belə onlar yenə portağaldır. İnsan olaraq buraxdığımız digər xəta ağlımıza gələn hər bir fikrim 100 faiz gerçək olaraq qəbul etməyimizdən qaynaqlanır. Müəllif bunu izah etmək üçün beynimizi bir teatr kimi təsəvvür etməyimizi təklif edir. Bu həm özümüzə kənardan baxmağımıza şərait yaradır, eyni zamanda anın fərqinə varırıq. Düşüncələrin isə sadəcə bir ehtimal olduğunu görürük. Düşüncə ilə bağlı duyğular gerçəkm olanlardan çox, insanın iç dünyası ilə, ideal və dəyərləri ilə, yəni onun necə bir həyat yaşamaq istədiyi ilə bağlıdır.

Duyğuların nəyə işarə verdiyini anlamaq çox önəmlidir. Çünki işarə verdiyi daxili və xarici vəziyyətlə əlaqəli bir addım atılmadığında böyük ehtimalla o duyğu təkrar-təkrar və daha uzun müddətli qalıcılıqla çıxmağa davam edir.

Kitabın son bölümündə müəllif çox problemlərin qaynağı, eyni zamanda həlli yolu olan ünsiyyətə geniş yer verir. Yekunda isə Doktor Türkçapar oxucularına belə bir sual verir; “Ölüm tarixini dəqiq bilsən, bu gün etdiyin işləri etməyə davam edərdin mi?” Bu sizə pessimist yanaşma kimi görünə bilər. Ancaq real olan şeylər həmişə pozitiv deyil axı. Başımıza gələn işlər də elə bu “mənfi”lərdən qaçdığımıza görə gəlmir sizcə ? Həyat pozitiv və neqativlərin vəhdətidir. Tablonu tam görmək üçün hər ikisini qəbul edib, fərqinə varmağımız lazımdır.

Nəyi bəyəndim – Hər addımda sual verərək, izah edərək anda fərqindəlik yaratmağa çalışması, beynin quruluşunun tarixi izahı, real keyslərlə məsələyə yanaşması

Nəyi bəyənmədim – Ünsiyyət bəzi  misallara çox uzun yer verilmişdi, təməl inanclar barədə danışdı, ancaq nə olduğunu ətraflı izah etmədi.

Kitabı oxumaq üçün 4 səbəb: 

  • Sizə heç bir vəd vermədən özünüzlə baş-başa qalmağı təklif edir
  • İnsan beyninin əsas funksiyalarını və davranışlarımızın səbəbləri ilə əlaqəsino görmüş olacaqsınız
  • Koqnitiv-Davranışçı terapiyanın mahiyyəti ilə tanış olacaqsınız

Bu blog sadəcə kitab haqqında bir fikir formalaşdırmaq, onunla müəyyən qədər tanış etmək şansına sahibdir. Kitabı həyatınıza tətbiq etmək üçün oxumanız şərtdir. Xoş mütailələr.

 

Yaşadıqlarının fərqindəsənmi? Yaxud necə yaşayırıq? – Hakan Türkçapar” üzərinə 3 şərh

  1. Ümumiyyətlə kitab diqqətimi çox çəkdi. Kitaba baxışın və yanaşma tərzin bu mövzu ilə bağlı fərqli yanaşmağıma səbəb oldu. Hisslərin və düşüncələrin yönəldiyi yerə diqqət etmək və bizdən aslı olmayan səbəblərə görə özümüzü rahat buraxmaq lazımdır.“Ölüm tarixini dəqiq bilsən, bu gün etdiyin işləri etməyə davam edərdin mi?” bu sualı hərgün özümüzə verib doğru nəticə çıxarmalıyıq

    tərəfindən bəyənildi 1 şəxs

sonasalman üçün bir cavab yazın Cavabı ləğv et