Psixoloq Kimdir?

 

  • Psixoloq kimdir ? Bizə necə yardım edə bilər?
  • Psixoloq – özünü unutmuş, qarşıdakı insanın psixi zonasına yəni, ruhi zonasına girməyi bacaran bir sözlə hadisə və həyatın gedişatına həmin insanın ağlı, gözü və səviyyəsi ilə baxmağı baracan bir mütəxəssisdir.
  •    Psixologiya ruh haqqında elmdir və psixika nədir, (ruh nədir) psixika anlayışına nələr daxildir, (yəni ruhi anlayışa nələr daxildir) bunları öyrənir.
  • Ümumiyyətlə psixika və psixika anlayışının özü psixi hadisələri – yəni ruhla bağlı hadisələri öyrənir və bu hadisələr də şərti olaraq 3 böyük qrupa bölünür:
  • 1. Psixi proseslər (ruhu proses-ruhun və ruhda baş verənlərin gedişatı)
  • 2. Psixi hallar (ruhi halətlər və ruhun vəziyyətləri)
  • 3. Psixi xassələr (ruhun xüsusiyyətləri)
  •   Hazırda yaşamın hər sahəsində psixologiyaya psixoloqa ehtiyac böyükdür.Bu üzdən bundan yararlanmağa çalışan xeyli sayda işbazlar ordusu peyda olub.Və psixoloqlarin vəzifə və öhdəliklərini cəmiyyətə öz bildikləri şəkildə təbliğ etməyə çalışılır.Həm bu səbəbdən həm psixologiyaya artan real ehtiyac səbəbindən eyni zamanda bu sahənin ölkəmizdə yeni olması səbəbindən geniş maarifləndirici tədbirlərin aparılması vacib hala gəlmişdir.Müəyyən dövlətxətli layihələrdə özəl layihələrdə qismən buna yer verilsədə bu kifayət etmir.Psixologiyanin inkişafı üçün yaradılan birliklər təşkilatlar hələki yalnız vərəq üzərindədir.Yalnız bu sahədə 06.12.2015 tarixində Azərbaycan Gənc Psixoloqlarının I Qurultayı ilə fəaliyyətə başlayan Gənc psixoloqlar İctimai Birliyi hələki bu yolda təkdir.İkinci bir məsələ bu sahədə yetərincə kitabların olmamasıdır.Hər psixoloq və psixoloq olmağa namizəd artıq həmdə tərcuməçiyə çevrlib.buda vaxtın başqa yönə sərfi deməkdir.Daha sonrakı problem cəmiyyətimizin milli etnik və mental dəyərlərinin bu işə süni əngəl kimi göstərilməsidir.Psixoloqdan diksinmək qorxmaq  lazım deyil psixoloqla digər mütəxəssisləri qarışdırmayın. Yaşadığımız həyatda hər gün çətinliklərlə rastlaşır, bəzən bu vəziyyətdən çıxış yolu tapmırıq və bu vaxt kimə isə bizi dinləyib yol göstərə bilən birinə ehtiyac duyuruq. Belə bir məsləhətçi təbii ki, psixoloqlar ola bilər.Buna görə aşağıda bəzi bu sahədə olan ixtisas adlarının mənalarını açıqlamağa lüzum görürəm.
  • Psixiatriya və Psixologiya arasındakı fərq nədir?
  • MPA (Michigan Psychiatry Association) ‘ya görə psixiatr ilə psixoloq bu şəkildə təyin olunmuşdur:
  •   Psixiatr, tibb fakültəsini tamamlayaraq M.D. (Doctor of Medicine) ya da D.O(Doctor of Osteopathic Medicine)dərəcəsini almışdır. Tibb təhsili əsnasında psixiatriya sahəsində ixtisas təhsilini bitirmişdir. psixiatrlar tibb həkimləri olduqları üçün, möhkəm və sıx bir tibbi təhsildən keçməkdə və əhatəli bir müalicə təmin etmək üçün professional təhsilin tibbi  ənənələrinə və məsuliyyətinə görə hərəkət edirlər.
  •   Psixoloq,Bakalavr və ya magistr dərəcəsini tamamladıqdan sonra bu sahədə sübat yetirilmiş müəyyən təcrübəsi olandan sonar bu sahədə çalışa bilər.Psixoloqlar təhsilini klinik psixologiya proqramı sahəsində tamamladıqlarında “Klinik Psixoloq” ünvanını ala bilərlər. Klinik psixoloqlar, psixoloji test və qiymətləndirmədə professional deyiller. Psixoloqlar, ruhi və romantik pozuqluqları psixoterapiya ilə müalicə edirlər.
  • Psixoterapevt-Hər psixoloq psixoterapevt deyildir.Psixoterapet olmaq üçün müəyyən əlavə təhsillə psixoterapevtik texnikalara yiyələnməli, eyni zamanda bunlarn tətbiqini aparıb uygun nəticələr əldə etmiş şəxs psixoterapevt sayılır.
  •   Psixoloq həkim deyil, dərman müalicəsi  təyin edə bilməz.Psixoloq nə psixiatr ,nədə parapsixoloq deyil, yadaki psixoloqun işi sadəcə məsləhət vermək deyildir.  Psixoloq – sağlam insanlarla işləyən, onlara düşdükləri çətin situasiya və qarşılaşdıqları, gözdə problem kimi görünən hadisələrdə özlərini necə aparacaqlarına dair məsləhət verən bir mütəxəssisdir. Psixoloq öz arzu və istəklərini, keçirdiyi, üzləşdiyi çətinlikləri arxa plana çəkə bilməzsə, o insanlara tam yardım edə bilməz. Yəni psixoloq ya öz arzu və istəklərini (nəfsini) öldürməli, ya da bu arzuları həyata keçiməlidir ki, bu istəklər psixoloqun şüur altında yer almasın.
  • İlk məqalə olduğu üçün müəyyən səhvlər qaçılmazdır.İnanıram ki bu sahə barədə yararlı bir məlumat olacaq qısada olsa .Oxudğunuz üçün təşəkkürlər .
  • Mənbə fb.com tibb səhifəsi, kognitifterapi.com, wikipedia.org

Psixoloq Kimdir?” üzərinə bir şərh

Amalya üçün bir cavab yazın Cavabı ləğv et