Xalaxı gölü – 4 günlük Trekking tur

Səyahətin həyatımda olan müsbət dəyişiklikləri, onu həyatımın bir parçası halına gətirməyimə səbəb olub. Artıq ətrafımda insanlar həm də bu kimliklə məni tanıyırlar. Bu yaxşı bir hal olaraq qiymətləndirilsə də, mənim əsas marağım yol boyu hiss edib, yaşadıqlarımdır. Şəkillər sadəcə anlardır. Adətən o anlar çox yaxşı şəkildə görünməyə çalışırıq. Blog isə, sizə gerçək hadisələri çatdırmaq üçündür. Ona görə bu dəfə daha detallı yazacam. Üstəlik bu gölü … Xalaxı gölü – 4 günlük Trekking tur oxumağa davam et

Honzoqor aşırımı, Zaqatala

Dünəndən bəri içimdən bir səs “bəlkə getməyəsən?” deyirdi. Ancaq həmişə bu vəsvəsənin əksini edib çox gözəl anlar yaşamışam. Bu dəfə də fərqli olmadı. Yəni daha möhtəşəm bir gün keçirdim. Kiçik qrupla səyahət etməyin ən yaxşı tərəflərindən biri sürəti müəyyən etmək sənin öz əlindədir. Bu gün özüm daxil 4 nəfərlə birgə yola çıxdım. Keçən il iyun ayında eyni yağışlı gündə getmişdim buralara. Xalam oğlu Qurban, kürəkənim … Honzoqor aşırımı, Zaqatala oxumağa davam et

Xalaxı – 3060 metr yüksəklikdə buzlaq mənşəli göl

Ta uşaqlıqdan adını eşitdiyim, bölgədə bir növ əfsanəyə çevrilən bu göl haqqında dostum Toğrulla 3 il öncəki müzakirələrimizdən birində doğum günümüzü (ikimizdə eyni gündə doğulmuşuq) burada qeyd etməyi qərara aldıq. Həmin dövrdən fərqli səbəblər üzündən 3 doğum günümüzü ötürsək də bu il gedib görmək qismət oldu nəhayət. Keçək səfərimizə. İlk gün: Səhər tezdən saat altıda Yuxarı Çardaxlar kəndindən yola başladıq. Havanın buludlu olması, həm yağış … Xalaxı – 3060 metr yüksəklikdə buzlaq mənşəli göl oxumağa davam et

Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax

Əvvəllər harasa gedəndə sakitcə təbiəti hiss etməyə çalışırdım. Ancaq son zamanlar təkcə hiss etmək deyil, məndə necə hiss etdiyimi ifadə etmək istəyi də yarandı. Artıq bu il demək olar getdiyim hər səfərin qeydlərini, hiss və başıma gələnləri sizlərlə paylaşıram. Bu hissləri ötürmək mənə gəzinti qədər xoşbəxtlik bəxş edir. İnsanlara hiss etdiklərimi hiss etdirmək möhtəşəm bir hissdir. Sözlərlə tam ifadə edə bilmirəm. Fikirlər uçur, sözlər isə … Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax oxumağa davam et