Sabit yazı

İndi ağlımdan nə keçir?

Bazar günüdür, hava yenə istidir. Çölə çıxılacaq kimi deyil. Üstəlik evdə də nəsə etməyim də gəlmir. Belə olanda bütün Adəm övladları kimi mən də başımı qatmağa çalışıram. Ancaq bəzi vaxtlarda bu sadəcə keçici bir vasitədən uzağa getmir. Amma digər tərəfdən psixoloq olaraq bilirəm ki, əhvalıma təsir edən ağlıma gələn düşüncələr və bunlara inanan beynimdən başqası deyil. Hər bir psixoloqun psixoterapiya apara bilməsi üçün təkcə diplomu … İndi ağlımdan nə keçir? oxumağa davam et

Xalaxı gölü – 4 günlük Trekking tur

Səyahətin həyatımda olan müsbət dəyişiklikləri, onu həyatımın bir parçası halına gətirməyimə səbəb olub. Artıq ətrafımda insanlar həm də bu kimliklə məni tanıyırlar. Bu yaxşı bir hal olaraq qiymətləndirilsə də, mənim əsas marağım yol boyu hiss edib, yaşadıqlarımdır. Şəkillər sadəcə anlardır. Adətən o anlar çox yaxşı şəkildə görünməyə çalışırıq. Blog isə, sizə gerçək hadisələri çatdırmaq üçündür. Ona görə bu dəfə daha detallı yazacam. Üstəlik bu gölü … Xalaxı gölü – 4 günlük Trekking tur oxumağa davam et

Motivasiya sənayesi yaxud beyin “fastfood”u

Son dövrlərdə qida sektorunda olan yeniliklər, yemək sifarişləri, təqdim olunan təamlar, dəyişən dad seçimi fonunda ortaya çıxan mənzərə odur ki, artıq insanlar “hərkəsləşmə”yə doğru gedir. Hər kəs” fast-food” hansısa növündən asılı olduğunu qürurla olduğu mühitlərdə car çəkir, yerli yaxud milli olan yeməklər isə əksinə xor görülür. Restoranların təqdim etdiklərinə baxsaq mənzərəni tam görə bilərik. Təsəvvür edin milli restorana getmisiniz, indiyə qədər öyrəşmisiniz ki, mədənizin aclıq … Motivasiya sənayesi yaxud beyin “fastfood”u oxumağa davam et