Sabit yazı

İndi ağlımdan nə keçir?

Bazar günüdür, hava yenə istidir. Çölə çıxılacaq kimi deyil. Üstəlik evdə də nəsə etməyim də gəlmir. Belə olanda bütün Adəm övladları kimi mən də başımı qatmağa çalışıram. Ancaq bəzi vaxtlarda bu sadəcə keçici bir vasitədən uzağa getmir. Amma digər tərəfdən psixoloq olaraq bilirəm ki, əhvalıma təsir edən ağlıma gələn düşüncələr və bunlara inanan beynimdən başqası deyil. Hər bir psixoloqun psixoterapiya apara bilməsi üçün təkcə diplomu … İndi ağlımdan nə keçir? oxumağa davam et

Necə daha yaxşı yata bilərəm?

Texnologiyanın inkişafı ilə əlaqədar olaraq onsuzda qaçdığımız, maraqlanmadığımız şəxsi sağlamlığımızı bir az da özümüzdən uzaqlaşdırdıq. Bütün bunların nəticəsində insanlar gecələr yata, səhərlər isə dura bilmir. Yuxudan doymayan insan isə gün ərzində sadəcə bu aclığı doyurmağın marağında olur. Maslovun tələbatlar iyerarxiyasında göstərdiyi kimi, həyatımızı ehtiyaclarımız dizayn edir. Bir növ nəyə ehtiyacımız varsa gündəmimiz yalnız bu olur. Yuxuya olan ehtiyacımız ödənmədikdə, əsəbi, bədbin, diqqətini bir yerə toplaya … Necə daha yaxşı yata bilərəm? oxumağa davam et