Bazardüzü (4466m) və Zəfər (4301 m) zirvələrinə yürüş

2021 ci il üçün planlarımı gözdən keçirəndə, ən azı bir 4000+ zirvə çıxmaq istədiyimi qeyd etmişdim. Amma ən hündür 2 zirvəni eyni gündə çıxacağım ağlıma belə gəlməzdi. Yürüşə gəlim, gəlməyim deyə düşünərkən, hər zaman bu fikirlərin mənim beynimi məşğul etdiyinin fərqindəyəm. Ona görə də getdim. “Həyat seçimlərdən ibarətdir”. Mən də seçimimi özümə qoyduğum sərhədləri aşmaqdan yana etdim. Şənbə günü gecə 3:30 da yola çıxdıq. Toğrul … Bazardüzü (4466m) və Zəfər (4301 m) zirvələrinə yürüş oxumağa davam et

Qızılqaya dağı – zirvə yürüşü

Axşam Asimlə onların kəndinə Qalaxudata gəldik. Bu kənd Azərbaycanda ən yüksəkdə olan yaşayış məntəqələrindən biridir.( 2206 m) Çox qonaqpərvər ailə tərəfindən qarşılandım. Evin dizaynı, kəndin yerləşmə yeri, insanlarla söhbət, Çıraqqala yorğunluğu, sabah çıxacağım Zirvənin həyəcanı deyərkən bir baxdım gecə saat 12 dir. Amma günün səfəri haqqında olan təəssüratlarımı blogda qeyd edib elə yatdım. Yata bilməməyin digər bir səbəbi isə Qızılqayaya olan xüsusi sevgimdir. 6 ildir … Qızılqaya dağı – zirvə yürüşü oxumağa davam et