Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et

Sabit yazı

Çıraqqala yürüşü – ecotour.az

Öncəki həftə hər hansı səfərə çıxmamışdım. Əvəzində yoldaşımla şəhərdə gəzdik. Şəhərdə nə qədər payız hiss olunmasa da (çünki ağaclar demək olar ki yoxdur, olan yerlərdə də xəzəlini yığırlar) hava payızın gəldiyini, insanların paltarları isə auralarına sirayət etdiyini göstərirdi. Düşünürəm ki, hər həftə şəhərkənarı səyahətlərdə bir müddət sonra adiləşir. Ona görə bu rutini arada müəyyən vaxtlarda ara verməklə davam etmək olar. Bu həm də bəzən düşünməyə, … Çıraqqala yürüşü – ecotour.az oxumağa davam et

Xalaxı gölü – 4 günlük Trekking tur

Səyahətin həyatımda olan müsbət dəyişiklikləri, onu həyatımın bir parçası halına gətirməyimə səbəb olub. Artıq ətrafımda insanlar həm də bu kimliklə məni tanıyırlar. Bu yaxşı bir hal olaraq qiymətləndirilsə də, mənim əsas marağım yol boyu hiss edib, yaşadıqlarımdır. Şəkillər sadəcə anlardır. Adətən o anlar çox yaxşı şəkildə görünməyə çalışırıq. Blog isə, sizə gerçək hadisələri çatdırmaq üçündür. Ona görə bu dəfə daha detallı yazacam. Üstəlik bu gölü … Xalaxı gölü – 4 günlük Trekking tur oxumağa davam et

Bazardüzü (4466m) və Zəfər (4301 m) zirvələrinə yürüş

2021 ci il üçün planlarımı gözdən keçirəndə, ən azı bir 4000+ zirvə çıxmaq istədiyimi qeyd etmişdim. Amma ən hündür 2 zirvəni eyni gündə çıxacağım ağlıma belə gəlməzdi. Yürüşə gəlim, gəlməyim deyə düşünərkən, hər zaman bu fikirlərin mənim beynimi məşğul etdiyinin fərqindəyəm. Ona görə də getdim. “Həyat seçimlərdən ibarətdir”. Mən də seçimimi özümə qoyduğum sərhədləri aşmaqdan yana etdim. Şənbə günü gecə 3:30 da yola çıxdıq. Toğrul … Bazardüzü (4466m) və Zəfər (4301 m) zirvələrinə yürüş oxumağa davam et