Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et

Sabit yazı

Kələxana Türbələri, Şamaxı

Son bir ay xəstələnməyimiz, ofisin dəyişməyi, digər qayğılarla o qədər məşğul olmuşam ki, artıq fevralın bitdiyinin, bununla qışın da bitməsinin fərqində belə deyildim. Bəli biz psixoloqlar da belə hallar yaşayırıq. Bizim də psixoloq dəstəyinə, emosional münasibətlərə, bəzən ağlamağa, bəzən dinlənilməyə ehtiyacı olur. Çünki psixoloq da bir insandır. Adətən biz insanlar üçün layiq gördüklərimiz sadəcə başqaları üçün olur. Özümüzə bu haqqı vermirik. Çünki özümüzə emosional və … Kələxana Türbələri, Şamaxı oxumağa davam et

Sabit yazı

Çıraqqala yürüşü – ecotour.az

Öncəki həftə hər hansı səfərə çıxmamışdım. Əvəzində yoldaşımla şəhərdə gəzdik. Şəhərdə nə qədər payız hiss olunmasa da (çünki ağaclar demək olar ki yoxdur, olan yerlərdə də xəzəlini yığırlar) hava payızın gəldiyini, insanların paltarları isə auralarına sirayət etdiyini göstərirdi. Düşünürəm ki, hər həftə şəhərkənarı səyahətlərdə bir müddət sonra adiləşir. Ona görə bu rutini arada müəyyən vaxtlarda ara verməklə davam etmək olar. Bu həm də bəzən düşünməyə, … Çıraqqala yürüşü – ecotour.az oxumağa davam et

Xalaxı gölü – 4 günlük Trekking tur

Səyahətin həyatımda olan müsbət dəyişiklikləri, onu həyatımın bir parçası halına gətirməyimə səbəb olub. Artıq ətrafımda insanlar həm də bu kimliklə məni tanıyırlar. Bu yaxşı bir hal olaraq qiymətləndirilsə də, mənim əsas marağım yol boyu hiss edib, yaşadıqlarımdır. Şəkillər sadəcə anlardır. Adətən o anlar çox yaxşı şəkildə görünməyə çalışırıq. Blog isə, sizə gerçək hadisələri çatdırmaq üçündür. Ona görə bu dəfə daha detallı yazacam. Üstəlik bu gölü … Xalaxı gölü – 4 günlük Trekking tur oxumağa davam et

Honzoqor aşırımı, Zaqatala

Dünəndən bəri içimdən bir səs “bəlkə getməyəsən?” deyirdi. Ancaq həmişə bu vəsvəsənin əksini edib çox gözəl anlar yaşamışam. Bu dəfə də fərqli olmadı. Yəni daha möhtəşəm bir gün keçirdim. Kiçik qrupla səyahət etməyin ən yaxşı tərəflərindən biri sürəti müəyyən etmək sənin öz əlindədir. Bu gün özüm daxil 4 nəfərlə birgə yola çıxdım. Keçən il iyun ayında eyni yağışlı gündə getmişdim buralara. Xalam oğlu Qurban, kürəkənim … Honzoqor aşırımı, Zaqatala oxumağa davam et

Çayzadələrin Lənkərana birinci çay yürüşü

Səfərin içində mövzunun adından daha çox çay var. Deməli çayzadə qrupunu qurduğumuz gündən, görüşlər, təbiət səfərləri etməyi də düşünürdük. Nəzərə alsaq ki, qrupun formalaşması karantin dövründə olub, ona görə təxminən 10 ay sonra ilk yürüşü etməyimiz məntiqlidir. Üstəlik müharibənin də hər sahəyə olduğu kimi, icmalara da təsiri var idi. Turun programını hazırlamaq üçün martın 23-ü sınaq səfəri etdim. Hansı marşrutlar daha effektiv olar, nələri etsək … Çayzadələrin Lənkərana birinci çay yürüşü oxumağa davam et

Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax

Əvvəllər harasa gedəndə sakitcə təbiəti hiss etməyə çalışırdım. Ancaq son zamanlar təkcə hiss etmək deyil, məndə necə hiss etdiyimi ifadə etmək istəyi də yarandı. Artıq bu il demək olar getdiyim hər səfərin qeydlərini, hiss və başıma gələnləri sizlərlə paylaşıram. Bu hissləri ötürmək mənə gəzinti qədər xoşbəxtlik bəxş edir. İnsanlara hiss etdiklərimi hiss etdirmək möhtəşəm bir hissdir. Sözlərlə tam ifadə edə bilmirəm. Fikirlər uçur, sözlər isə … Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax oxumağa davam et

31st EFPSA Congress – Azerbaijan

Çətin oldu, gərgin oldu ama bacardıq. Iki ildən bəri hazırlıqlarına başladığımız Konqres, bir həftəlik yuxu kimi gəldi, keçdi. Qeyd edim ki,EFPSA – Avropada psixologiya ixtisası üzrə təhsil alan tələbələri və gənc mütəxəssisləri birləşdirən ümumavropa təşkilatıdır. Təşkilata 33 ölkə üzvdür. MDB ölkələrindən yalnız Azərbaycan bu təşkilatda təmsil olunur. Azərbaycan təmsil edən rəsmi qurum “Gənc Psixoloqlar” ictimai birliyidir. EFPSA-nın hər il təşkil olunan və ən böyük tədbiri … 31st EFPSA Congress – Azerbaijan oxumağa davam et