Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et

Qəlbimin apardığı yerlər

Səyahət uşaqlıqdan ən çox sevdiyim hobbimdir. Ancaq vaxt keçdikcə bütün hobbilər kimi də səyahət də zamanla inkişaf etməli, yeni fərqli fəaliyyətlərlə zənginləşməlidir. Mənim də səyahət anlayışım getdikcə inkişaf edir, yeni və fərqli növləri ilə davam edirəm. Son səfərim öncəki yazılardan bildiyiniz kimi çox sevdiyim Qubaya oldu. Bu dəfəki səfərimdə indiyə qədər yaşamadığım tamam fərqli təcrübələr yaşadım. İlk gün maşınla 5 kəndi gəzdik, maşınla və bu … Qəlbimin apardığı yerlər oxumağa davam et

Qızılqaya dağı – zirvə yürüşü

Axşam Asimlə onların kəndinə Qalaxudata gəldik. Bu kənd Azərbaycanda ən yüksəkdə olan yaşayış məntəqələrindən biridir.( 2206 m) Çox qonaqpərvər ailə tərəfindən qarşılandım. Evin dizaynı, kəndin yerləşmə yeri, insanlarla söhbət, Çıraqqala yorğunluğu, sabah çıxacağım Zirvənin həyəcanı deyərkən bir baxdım gecə saat 12 dir. Amma günün səfəri haqqında olan təəssüratlarımı blogda qeyd edib elə yatdım. Yata bilməməyin digər bir səbəbi isə Qızılqayaya olan xüsusi sevgimdir. 6 ildir … Qızılqaya dağı – zirvə yürüşü oxumağa davam et

Böyük Qubada kiçik bir gəzinti

Bu gün səhər planladığım vaxtdan 2 saat gec durdum. Müəyyən səbəblərə görə yaxşı yata bilməmişdim. Ona görə bunu müəyyən qədər kompensasiya edib, elə çıxdım evdən. Keçən ilin fevralından sonra ilk dəfə avtovağzala gəldim. Bilet aldım. 20 dəqiqə sonra avtobusla yola çıxdıq. Adətim üzrə avtobusdan səhv yerdə düşdüm yenə. Toğrul və Asim gəlib maşınla məni götürdülər. Şəhərin içindən keçib Nügədi istiqamətində davam etdik. Nügədi tatların kompakt … Böyük Qubada kiçik bir gəzinti oxumağa davam et

Donmuş Gurgur şəlaləsi

Həyatımızda bəzi yeniliklər bir müddət sonra həyat tərzinə keçir. Səyahət etmək, gəzmək mənim üçün bu qəbildən olan alışqanlıqlardandır. Hər zaman faydalılığını gördüyüm üçün, təşviq etməyə də çalışıram. Bu dəfəki səfərimi təşviq etdiyim hər zaman yürüş şəkillərimə baxıb biz də istəyirik deyən Kreşendo komandası ilə oldu. Yürüş iştirakçılarının 80 faizi ilk hayking təcrübələrini yaşadılar. Mən də ilk dəfə idi ki, bələdçi kimi tura gedirdim. Həftə ərzində … Donmuş Gurgur şəlaləsi oxumağa davam et