Böyük Qubada kiçik bir gəzinti

Bu gün səhər planladığım vaxtdan 2 saat gec durdum. Müəyyən səbəblərə görə yaxşı yata bilməmişdim. Ona görə bunu müəyyən qədər kompensasiya edib, elə çıxdım evdən. Keçən ilin fevralından sonra ilk dəfə avtovağzala gəldim. Bilet aldım. 20 dəqiqə sonra avtobusla yola çıxdıq. Adətim üzrə avtobusdan səhv yerdə düşdüm yenə. Toğrul və Asim gəlib maşınla məni götürdülər. Şəhərin içindən keçib Nügədi istiqamətində davam etdik. Nügədi tatların kompakt … Böyük Qubada kiçik bir gəzinti oxumağa davam et

Necə daha yaxşı yata bilərəm?

Texnologiyanın inkişafı ilə əlaqədar olaraq onsuzda qaçdığımız, maraqlanmadığımız şəxsi sağlamlığımızı bir az da özümüzdən uzaqlaşdırdıq. Bütün bunların nəticəsində insanlar gecələr yata, səhərlər isə dura bilmir. Yuxudan doymayan insan isə gün ərzində sadəcə bu aclığı doyurmağın marağında olur. Maslovun tələbatlar iyerarxiyasında göstərdiyi kimi, həyatımızı ehtiyaclarımız dizayn edir. Bir növ nəyə ehtiyacımız varsa gündəmimiz yalnız bu olur. Yuxuya olan ehtiyacımız ödənmədikdə, əsəbi, bədbin, diqqətini bir yerə toplaya … Necə daha yaxşı yata bilərəm? oxumağa davam et