Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

Fit dağı və 40 otaq abidəsinə yaz yürüşü

Yazmaq üçün çox darıxmışam əslində. Səyahətdən yazmaq üçün isə ayrıca darıxmışam. Ancaq son dövrlərdə işlərin çoxluğunu bəhanə edərək, sevdiyim şeyləri ertələdiyimi görürəm. Bu yazı artıq sizə çatıbsa deməli özümü məcbur edib yazmışam artıq. Təbii ki, yenə yazını bitirəndə nə qədər zövq aldığımı hiss edib yaxşı ki deyəcəm. Bunun üçün özümü küncə sıxışdırdığım anlar çox olub. Necə ki, səfərdə davam etmək üçün dişlərimi sıxdığım kimi. Kəmərləri … Fit dağı və 40 otaq abidəsinə yaz yürüşü oxumağa davam et