Honzoqor aşırımı, Zaqatala

Dünəndən bəri içimdən bir səs “bəlkə getməyəsən?” deyirdi. Ancaq həmişə bu vəsvəsənin əksini edib çox gözəl anlar yaşamışam. Bu dəfə də fərqli olmadı. Yəni daha möhtəşəm bir gün keçirdim. Kiçik qrupla səyahət etməyin ən yaxşı tərəflərindən biri sürəti müəyyən etmək sənin öz əlindədir. Bu gün özüm daxil 4 nəfərlə birgə yola çıxdım. Keçən il iyun ayında eyni yağışlı gündə getmişdim buralara. Xalam oğlu Qurban, kürəkənim … Honzoqor aşırımı, Zaqatala oxumağa davam et

Fantastik 2020

Bəzən biz xəstələnirik. Ancaq həyatımıza davam edirik. Dərmanla, iynə ilə, pis əhval ruhiyyə ilə tutunmağa çalışırıq. Ancaq gün gəlir, cərrahi əməliyyatlıq oluruq. Bu bizim üçün, ya ağrılardan bir dəfəlik qurtuluş ya da ölüm deməkdir. 2020 də məhz həyatımızın cərrahi əməliyyatı oldu deyə bilərəm. Hər kəsin maraqla gözlədiyi, ancaq bitməsini can sıxıntısı ilə iplə çəkdiyi 2020 yekunlaşdı. Artıq bitdiyinə yavaş-yavaş inanmağa başlayıram. Artıq analiz etməyin vaxtıdır. … Fantastik 2020 oxumağa davam et

Karantin: Kabus yoxsa şans?!

Çöküşün başlanğıcı – Mart ayının 2-si artıq karantin rejimi elan oldu. Həmin gündən sonra 12 gün saflıqla oturub evdə karantinin qutaracağını gözlədim. Mart ayının 15-ə qatar üçün bilet aldım (hələ qatarlar işləyirdi).Gedərkən 2 aylıq hazırlıqlarımı görmüşdüm; kitab, paltar, ləvazimatlarım. Çünki karantinin yenə uzanacağını hiss edirdim. Sonradan bu qərarıma həddindən artıq sevinəcəkdim. Gedəndən sonra bir neçə gün evdən çıxmadım. Evdə qal, çağırışına vətəndaş olaraq riayət edirdim. … Karantin: Kabus yoxsa şans?! oxumağa davam et

Autizm, korona virus və fərdiyyət

Yanvarın biri il təzələndə sevinən insanlar yəgin ki, nəyə sevindiklərini bilmirdilər. Təkcə bu il yox, hər il bu ritual təkrarlanır. Bəziləri şüurlu şəkildə niyəsini axtarır, başqa bir qrup isə birdəfəlik rədd edir. İndi isə həmin sevinən kəsim bir balaca sorğulamaq üçün vaxt qazanıb. Vaxt indi o qədər çoxdur ki, istirahət etmək istəyirəm deyən adamlar da artıq istirahətdən yorulub. Başqa bir məqam isə aprel ayının özü … Autizm, korona virus və fərdiyyət oxumağa davam et