Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

Duruca Şəlaləsi, Qəbələ

Çoxdandır, səyahətdən yazmıram. Əslində gedirəm yenə. Ancaq emosiyalarımı ötürmək bəzi vaxtlarda çətin gəlir. Bəlkə də istəmirəm. Burada yeni sayt üçün beynimdə bəzi fikirlərin olmasının da payı var. Ancaq hər bir halda məncə yazmaq mənə yaxşı gələn bir şeydir. Bu dəfəki səfərim Qəbələnin Duruca kəndinə və oradan şələləyədir. Ötən dəfə getdiyim Tokiəxil şələləsindən sonra yenidən şəlalə yürüşü standartmış kimi gəldi. Amma bu hiss uzun sürmədi. Çünki … Duruca Şəlaləsi, Qəbələ oxumağa davam et

Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et

Sabit yazı

Yarpaqsız ağaclara oxşayan biz

Payız vaxtı səhər tezdən parkları gəzməyi çox sevirəm. Yayda nə qədər yaşıl və yer isti olsa da göydəki isti, adamı kondisioner əsiri edir deyə çölə burnunu belə çıxarmaq belə istəmirsən. Üstəlik mənə elə gəlir ki, yay insanların sadəcə yola verməyə çalışdıqları fəsildir. Hamı axşamı, sərin olmasını gözləyir. Eyni zamanda yağacaq yağışı, sərin payızı. Həə, yaydan zəhləm getməsini bəzədiyimə görə mövzuya qayıda bilərəm. Mən kənddə böyümüşəm. … Yarpaqsız ağaclara oxşayan biz oxumağa davam et