Sabit yazı

Qalacıq Şəlaləsi- İsmayıllı

Səhəri təbiətdə açmaqdan gözəl tək bir şey var. Səhəri təbiətdə, çadırın içində açmaq. Dünən Duruca yürüşəndən sonra Vəndamda qurduğumuz campda çaya baxan tərəfdə gözümü açdım. Avqust ayında bu sərinlik hər zaman olmaz. Dan yeri tam ağarmadan fırtınadan öncəki səssizlik kimi, aydınlıqdan öncəki zil qaranlıq haldadır. Sübh namazından sonra hava da işıqlanmağa başladı. Təbiət yürüşlərində çox zaman idarəçi olmaqdan həmişə gileylənmişəm yazılarımda. İndi idarəçio deyiləm. Sadəcə … Qalacıq Şəlaləsi- İsmayıllı oxumağa davam et

Sabit yazı

Fit dağı və 40 otaq abidəsinə yaz yürüşü

Yazmaq üçün çox darıxmışam əslində. Səyahətdən yazmaq üçün isə ayrıca darıxmışam. Ancaq son dövrlərdə işlərin çoxluğunu bəhanə edərək, sevdiyim şeyləri ertələdiyimi görürəm. Bu yazı artıq sizə çatıbsa deməli özümü məcbur edib yazmışam artıq. Təbii ki, yenə yazını bitirəndə nə qədər zövq aldığımı hiss edib yaxşı ki deyəcəm. Bunun üçün özümü küncə sıxışdırdığım anlar çox olub. Necə ki, səfərdə davam etmək üçün dişlərimi sıxdığım kimi. Kəmərləri … Fit dağı və 40 otaq abidəsinə yaz yürüşü oxumağa davam et