Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

Sosial medianın uşaqlara təsiri/müsahibə

Sosial medianın uşaqlara təsiri Sosial medianın artan rolu gündən-günə dəyişir. Artıq sosial media servisləri təkcə insanlara yox, sosial-siyasi sistemə, iqtisadi münasibətlərə və digər sahələrə güclü təsir edir. Sosial şəbəkələrin insan psixologiyasına göstərdiyi effektlər də akutal məsələdir. Xüsusən, uşaq və yeniyetmələrin psixoloji durumu sosial media vasitələri ilə qarşılıqlı əlaqədədir. Mövzu ilə bağlı uşaq və yeniyetmə psixoloqu Murad Akifsoyla çay söhbəti etdik. AzNews.az həmin müsahibəni təqdim edir. … Sosial medianın uşaqlara təsiri/müsahibə oxumağa davam et

Sabit yazı

Bax gör Təzə nə var ?

Sakitcə oturmuşam. Kitab oxuyuram. Hava küləklidir, evə sərinlik gətirir deyə pəncərəni açmışam. Amma buna görə məhlədəki səsləri də bonus olaraq evdə eşiirəm küləklə birgə. Ona görə hər zaman fokuslanmaq üçün istifadə etdiyim musiqi qulağımdadır. Kitabın bir fəslini bitirmişəm. Növbəti fəslə keçənə qədər gözüm kiçik bir fasilə elan etdi. Elə bu an ağlıma bir sual gəldi “Telefona bax gör, kimsə nəsə yazmayıb ki?” baxdım, heç nə … Bax gör Təzə nə var ? oxumağa davam et