Bazardüzü (4466m) və Zəfər (4301 m) zirvələrinə yürüş

2021 ci il üçün planlarımı gözdən keçirəndə, ən azı bir 4000+ zirvə çıxmaq istədiyimi qeyd etmişdim. Amma ən hündür 2 zirvəni eyni gündə çıxacağım ağlıma belə gəlməzdi. Yürüşə gəlim, gəlməyim deyə düşünərkən, hər zaman bu fikirlərin mənim beynimi məşğul etdiyinin fərqindəyəm. Ona görə də getdim. “Həyat seçimlərdən ibarətdir”. Mən də seçimimi özümə qoyduğum sərhədləri aşmaqdan yana etdim. Şənbə günü gecə 3:30 da yola çıxdıq. Toğrul … Bazardüzü (4466m) və Zəfər (4301 m) zirvələrinə yürüş oxumağa davam et

Qızılqaya dağı – zirvə yürüşü

Axşam Asimlə onların kəndinə Qalaxudata gəldik. Bu kənd Azərbaycanda ən yüksəkdə olan yaşayış məntəqələrindən biridir.( 2206 m) Çox qonaqpərvər ailə tərəfindən qarşılandım. Evin dizaynı, kəndin yerləşmə yeri, insanlarla söhbət, Çıraqqala yorğunluğu, sabah çıxacağım Zirvənin həyəcanı deyərkən bir baxdım gecə saat 12 dir. Amma günün səfəri haqqında olan təəssüratlarımı blogda qeyd edib elə yatdım. Yata bilməməyin digər bir səbəbi isə Qızılqayaya olan xüsusi sevgimdir. 6 ildir … Qızılqaya dağı – zirvə yürüşü oxumağa davam et

Tarixin şahidi – Çıraqqala

Dünən maşınla gəzdiyimiz üçün, elə də ciddi yorğun deyildim. Ancaq ümumi günün yorğunluğu hiss olunurdu. Gecə Pirvahid kəndində Toğrulgildə qaldıq. Hava çox sərin idi. Çox qəşəng yatdım. Səhər duranda dincəldiyimi hiss elədim. Bu isə istiqamət Quba yox, Şabrandakı Çıraqqala idi. Çıraqqala IV-V əsrlərdə, yəni Sasanilər dövründə tikilən müdafiə qalasıdır. Minimum 16 əsrlik tarixi var. Dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşir. Azərbaycanda ən çox sevdiyim məkanlardan … Tarixin şahidi – Çıraqqala oxumağa davam et

Böyük Qubada kiçik bir gəzinti

Bu gün səhər planladığım vaxtdan 2 saat gec durdum. Müəyyən səbəblərə görə yaxşı yata bilməmişdim. Ona görə bunu müəyyən qədər kompensasiya edib, elə çıxdım evdən. Keçən ilin fevralından sonra ilk dəfə avtovağzala gəldim. Bilet aldım. 20 dəqiqə sonra avtobusla yola çıxdıq. Adətim üzrə avtobusdan səhv yerdə düşdüm yenə. Toğrul və Asim gəlib maşınla məni götürdülər. Şəhərin içindən keçib Nügədi istiqamətində davam etdik. Nügədi tatların kompakt … Böyük Qubada kiçik bir gəzinti oxumağa davam et

Honzoqor aşırımı, Zaqatala

Dünəndən bəri içimdən bir səs “bəlkə getməyəsən?” deyirdi. Ancaq həmişə bu vəsvəsənin əksini edib çox gözəl anlar yaşamışam. Bu dəfə də fərqli olmadı. Yəni daha möhtəşəm bir gün keçirdim. Kiçik qrupla səyahət etməyin ən yaxşı tərəflərindən biri sürəti müəyyən etmək sənin öz əlindədir. Bu gün özüm daxil 4 nəfərlə birgə yola çıxdım. Keçən il iyun ayında eyni yağışlı gündə getmişdim buralara. Xalam oğlu Qurban, kürəkənim … Honzoqor aşırımı, Zaqatala oxumağa davam et