Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et

Donmuş Gurgur şəlaləsi

Həyatımızda bəzi yeniliklər bir müddət sonra həyat tərzinə keçir. Səyahət etmək, gəzmək mənim üçün bu qəbildən olan alışqanlıqlardandır. Hər zaman faydalılığını gördüyüm üçün, təşviq etməyə də çalışıram. Bu dəfəki səfərimi təşviq etdiyim hər zaman yürüş şəkillərimə baxıb biz də istəyirik deyən Kreşendo komandası ilə oldu. Yürüş iştirakçılarının 80 faizi ilk hayking təcrübələrini yaşadılar. Mən də ilk dəfə idi ki, bələdçi kimi tura gedirdim. Həftə ərzində … Donmuş Gurgur şəlaləsi oxumağa davam et