Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Sabit yazı

Gənc Psixoloqların yay məktəbi

Bəzən fikirləşirəm ki, psixoloq olmasaydım, özümə hansı sahəni peşə olaraq seçərdim. İlk öncə hobbilər ağlıma gəlir. Foto, turizm, kitabçılıq amma bütün bunların fonunda və hamısında olan tək bir şey var ki, onu daha çox bəyənirəm: təşkilatçılıq! Hər işi görəndə bir yerdən sonra texniki tərəfindən, idarəetmə tərəfinə keçmək məcburiyyətindəsən. Böyüməyin qaydası budur! Amma çox insan bunu çətin gördüyü üçün olduğu səviyyədə qalır. Mənim üçün təşkilatçılıq bütün … Gənc Psixoloqların yay məktəbi oxumağa davam et