Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

Duruca Şəlaləsi, Qəbələ

Çoxdandır, səyahətdən yazmıram. Əslində gedirəm yenə. Ancaq emosiyalarımı ötürmək bəzi vaxtlarda çətin gəlir. Bəlkə də istəmirəm. Burada yeni sayt üçün beynimdə bəzi fikirlərin olmasının da payı var. Ancaq hər bir halda məncə yazmaq mənə yaxşı gələn bir şeydir. Bu dəfəki səfərim Qəbələnin Duruca kəndinə və oradan şələləyədir. Ötən dəfə getdiyim Tokiəxil şələləsindən sonra yenidən şəlalə yürüşü standartmış kimi gəldi. Amma bu hiss uzun sürmədi. Çünki … Duruca Şəlaləsi, Qəbələ oxumağa davam et

Sabit yazı

İkiüzlü Bakı – şəhərin görünən, baxılmayan yerlərinə yürüş

Səhər 8:37. Dik atıldım yerimdən. Dedim vəssalam. Gecikdim. Çünki Toğrul demişdi ki, 8:45 toplanışdır. Mən isə bundan 8 dəqiqə öncə hələ də yerimdəyəm. Zəng elədim. O da həmin vaxt çıxırmış. Bir az rahatladım. Çantanı yığıb taksini sifariş elədim. Onlar mən çatmadan yürüşə başlamışdılar. Mən İçərişəhər metrosundan üzü prezident aparatına tərəf, Toğrulun atdığı canlı məkanı izləməklə BMT binasının yanında onlara çatdım. Pəəəəhhh nə görsəm yaxşıdır. Toğrulla … İkiüzlü Bakı – şəhərin görünən, baxılmayan yerlərinə yürüş oxumağa davam et

Sabit yazı

Soyuqbulaq şəlaləsi- Vəndam, Qəbələ

Bu il başlayanda hədəflərim tamam başqa idi. Çoxlu gəzmək, Çayzadə, ecoturaz, addım.at da olan işləri davam edəcəyimi düşünürdüm. Ancaq ixtisasıma olan bağlılığım və hobbiləri işə çevirməyin verdiyi gərginlik nəticəsində bütün bunlardan imtina etdim. Sadəcə psixoloq kimliyimi saxladım iş sferasında. Əgər belə bir qərar vermişdimsə, fəaliyyətlərimi də bu yöndə artırmağım lazım idi. Etdim də. Yeni bir layihəyə başladım, yaşat düşərgəsi, psixoloqların yay məktəbi, görüşlər, Youtube videoları … Soyuqbulaq şəlaləsi- Vəndam, Qəbələ oxumağa davam et

Sabit yazı

Kələxana Türbələri, Şamaxı

Son bir ay xəstələnməyimiz, ofisin dəyişməyi, digər qayğılarla o qədər məşğul olmuşam ki, artıq fevralın bitdiyinin, bununla qışın da bitməsinin fərqində belə deyildim. Bəli biz psixoloqlar da belə hallar yaşayırıq. Bizim də psixoloq dəstəyinə, emosional münasibətlərə, bəzən ağlamağa, bəzən dinlənilməyə ehtiyacı olur. Çünki psixoloq da bir insandır. Adətən biz insanlar üçün layiq gördüklərimiz sadəcə başqaları üçün olur. Özümüzə bu haqqı vermirik. Çünki özümüzə emosional və … Kələxana Türbələri, Şamaxı oxumağa davam et

Sabit yazı

Dilman şəlaləsinə yürüş

Qış aylarında komanda ilə birlikdə getmək üçün əsas çətinliklərdən biri də yer seçimidir. Mənim üçün elə də ciddi fərqi yoxdur hara gedirəm. Əsas məsələ yeni və fərqli olsun. Ancaq çox adam qışda qar olan, palçıq olmayan yerlərə getməyi uyğun görürlər. Təbiətə yeni başlayanların bu tərzdə yanaşması anlaşılandır. Ancaq bir müddət sonra təbiət aşiqləri artıq mövsümə, yerə göyə baxmadan səfərlərinə davam edirlər. Ölkədə inkişaf edən daxili … Dilman şəlaləsinə yürüş oxumağa davam et