Böyük Qubada kiçik bir gəzinti

Bu gün səhər planladığım vaxtdan 2 saat gec durdum. Müəyyən səbəblərə görə yaxşı yata bilməmişdim. Ona görə bunu müəyyən qədər kompensasiya edib, elə çıxdım evdən. Keçən ilin fevralından sonra ilk dəfə avtovağzala gəldim. Bilet aldım. 20 dəqiqə sonra avtobusla yola çıxdıq. Adətim üzrə avtobusdan səhv yerdə düşdüm yenə. Toğrul və Asim gəlib maşınla məni götürdülər. Şəhərin içindən keçib Nügədi istiqamətində davam etdik. Nügədi tatların kompakt … Böyük Qubada kiçik bir gəzinti oxumağa davam et

Honzoqor aşırımı, Zaqatala

Dünəndən bəri içimdən bir səs “bəlkə getməyəsən?” deyirdi. Ancaq həmişə bu vəsvəsənin əksini edib çox gözəl anlar yaşamışam. Bu dəfə də fərqli olmadı. Yəni daha möhtəşəm bir gün keçirdim. Kiçik qrupla səyahət etməyin ən yaxşı tərəflərindən biri sürəti müəyyən etmək sənin öz əlindədir. Bu gün özüm daxil 4 nəfərlə birgə yola çıxdım. Keçən il iyun ayında eyni yağışlı gündə getmişdim buralara. Xalam oğlu Qurban, kürəkənim … Honzoqor aşırımı, Zaqatala oxumağa davam et

Vərdişlərimiz necə dəyişir ?

Müasir dövrün insanı daim məşğuldur. Şəhərdə insanlara sual versək ki, ən böyük probleminiz nədir ? Çoxusundan eyni cavabı alarıq; “Vaxtımı idarə edə bilmirəm”. Ancaq işin maraqlı tərəfi isə vaxt hamımıza bərabər paylanır, yəni hər birimiz 24 saat vaxtımız var. Nə qədərində yatıb, nə qədərində işləmək bizim seçimimizdir. Uşaqlıqdan bu günə qədər davam edən seçimlərimiz sayəsində isə bir çox vərdişlərimiz formalaşıb. Biz istəsək də, istəməsək də … Vərdişlərimiz necə dəyişir ? oxumağa davam et