Xalaxı gölü – 4 günlük Trekking tur

Səyahətin həyatımda olan müsbət dəyişiklikləri, onu həyatımın bir parçası halına gətirməyimə səbəb olub. Artıq ətrafımda insanlar həm də bu kimliklə məni tanıyırlar. Bu yaxşı bir hal olaraq qiymətləndirilsə də, mənim əsas marağım yol boyu hiss edib, yaşadıqlarımdır. Şəkillər sadəcə anlardır. Adətən o anlar çox yaxşı şəkildə görünməyə çalışırıq. Blog isə, sizə gerçək hadisələri çatdırmaq üçündür. Ona görə bu dəfə daha detallı yazacam. Üstəlik bu gölü … Xalaxı gölü – 4 günlük Trekking tur oxumağa davam et

Bazardüzü (4466m) və Zəfər (4301 m) zirvələrinə yürüş

2021 ci il üçün planlarımı gözdən keçirəndə, ən azı bir 4000+ zirvə çıxmaq istədiyimi qeyd etmişdim. Amma ən hündür 2 zirvəni eyni gündə çıxacağım ağlıma belə gəlməzdi. Yürüşə gəlim, gəlməyim deyə düşünərkən, hər zaman bu fikirlərin mənim beynimi məşğul etdiyinin fərqindəyəm. Ona görə də getdim. “Həyat seçimlərdən ibarətdir”. Mən də seçimimi özümə qoyduğum sərhədləri aşmaqdan yana etdim. Şənbə günü gecə 3:30 da yola çıxdıq. Toğrul … Bazardüzü (4466m) və Zəfər (4301 m) zirvələrinə yürüş oxumağa davam et

Bir uşağın sevinci

Hər zaman uşaqları müşahidə etməkdən xüsusi zövq alıram. İnsanlığın ən təbii halı uşaqlardadır. İstər ağlayanda, istər güləndə, istərsə də əsəbləşəndə. Çünki bütün bu hissləri çox içdən, dərindən yaşayırlar. Olduqları kimi davranırlar. Sizə pis xəbərim də var. Biz də uşaq olmuşuq. Bəli, çoxumuz bunu nadir hallarda xatırlayırıq ya da heç xatırlamırıq. Nəticədə uşaqları, digər insanları anlamaqda çətinlik çəkirik. Bu gün ki, yazımda bir uşağın dünyasına kiçik … Bir uşağın sevinci oxumağa davam et