Sabit yazı

Duruca Şəlaləsi, Qəbələ

Çoxdandır, səyahətdən yazmıram. Əslində gedirəm yenə. Ancaq emosiyalarımı ötürmək bəzi vaxtlarda çətin gəlir. Bəlkə də istəmirəm. Burada yeni sayt üçün beynimdə bəzi fikirlərin olmasının da payı var. Ancaq hər bir halda məncə yazmaq mənə yaxşı gələn bir şeydir. Bu dəfəki səfərim Qəbələnin Duruca kəndinə və oradan şələləyədir. Ötən dəfə getdiyim Tokiəxil şələləsindən sonra yenidən şəlalə yürüşü standartmış kimi gəldi. Amma bu hiss uzun sürmədi. Çünki … Duruca Şəlaləsi, Qəbələ oxumağa davam et

Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et

Sabit yazı

Bacardım

Bəzi sözlər var ki, onların eşidilməsi belə insanı həvəsə gətirir, iş görməyə vadar edir. Yuxarıda yazdığım söz də o sehrli kəlmələrdəndir. Ancaq bu sözün arxasında həm də möhtəşəm komanda və çox ülvi bir məqsəd dayanır. Bacardım, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və inkişaf imkanlarının bərabərləşdirilməsi üçün çalışan bir komandadır. Komandanın təsisçiləri Günel İsakova və Fatma Qurbanovadır. Bu xanımlar ölkədə olan təhsil layihələrinin böyük … Bacardım oxumağa davam et