Sabit yazı

İkiüzlü Bakı – şəhərin görünən, baxılmayan yerlərinə yürüş

Səhər 8:37. Dik atıldım yerimdən. Dedim vəssalam. Gecikdim. Çünki Toğrul demişdi ki, 8:45 toplanışdır. Mən isə bundan 8 dəqiqə öncə hələ də yerimdəyəm. Zəng elədim. O da həmin vaxt çıxırmış. Bir az rahatladım. Çantanı yığıb taksini sifariş elədim. Onlar mən çatmadan yürüşə başlamışdılar. Mən İçərişəhər metrosundan üzü prezident aparatına tərəf, Toğrulun atdığı canlı məkanı izləməklə BMT binasının yanında onlara çatdım. Pəəəəhhh nə görsəm yaxşıdır. Toğrulla … İkiüzlü Bakı – şəhərin görünən, baxılmayan yerlərinə yürüş oxumağa davam et

Sabit yazı

Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki. Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss … Tufan var… oxumağa davam et

Otman-Bozdağ palçıq vulkanı

Yeni təqvim ili insanlar üçün hər zaman bir başlanğıc təsiri bağışlayır. Adətən bu başlanğıclar, yarım qoyduqları, edib də bitirə bilmədikləri hədəflərə çatmaq üçün təyin edilir. Əslində isə bunlar başlanğıc deyil, sadəcə davamdır. Əgər bir işi öncədən başlamışıqsa, təkrarda bunu sadəcə davam edə bilərik. Yeni başlanğıc qorxuducu olsa da, davam etmək mövzuya hakim olmaq deməkdir. Buna görə də mən müharibə və karantindən sonra səyahətə çıxmağımı yeni … Otman-Bozdağ palçıq vulkanı oxumağa davam et