Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

Duruca Şəlaləsi, Qəbələ

Çoxdandır, səyahətdən yazmıram. Əslində gedirəm yenə. Ancaq emosiyalarımı ötürmək bəzi vaxtlarda çətin gəlir. Bəlkə də istəmirəm. Burada yeni sayt üçün beynimdə bəzi fikirlərin olmasının da payı var. Ancaq hər bir halda məncə yazmaq mənə yaxşı gələn bir şeydir. Bu dəfəki səfərim Qəbələnin Duruca kəndinə və oradan şələləyədir. Ötən dəfə getdiyim Tokiəxil şələləsindən sonra yenidən şəlalə yürüşü standartmış kimi gəldi. Amma bu hiss uzun sürmədi. Çünki … Duruca Şəlaləsi, Qəbələ oxumağa davam et

Sabit yazı

Dumanlı, Yağışlı Laza – Günəşli Kuzun yürüşü

Gecə az yatsam da, rahat oyandım. Səhər tezdən günlük alış-verişimizi edib yola çıxdıq. Mən bir az gec çatmışdım maşına. Baxdım ki, İlqar tam öndə mənə də yanında yer saxlayıb. Mənim səyahətdə sevdiyim bəzi vərdişlərim var. Adətə də çevrilmiş ola bilər. Marketdən isti börek tərzi yeməklər alıram. Sonra yola çıxandan sonra onları yeyirəm. Daha sonra isə təzədən 1 saat qədər yatıram. Ondan sonra mən maraqlı bir … Dumanlı, Yağışlı Laza – Günəşli Kuzun yürüşü oxumağa davam et