Sabit yazı

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım. Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq … Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı oxumağa davam et

Sabit yazı

EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı … EH WAY/Gryzdahna – Gryz hiking oxumağa davam et

Böyük Qubada kiçik bir gəzinti

Bu gün səhər planladığım vaxtdan 2 saat gec durdum. Müəyyən səbəblərə görə yaxşı yata bilməmişdim. Ona görə bunu müəyyən qədər kompensasiya edib, elə çıxdım evdən. Keçən ilin fevralından sonra ilk dəfə avtovağzala gəldim. Bilet aldım. 20 dəqiqə sonra avtobusla yola çıxdıq. Adətim üzrə avtobusdan səhv yerdə düşdüm yenə. Toğrul və Asim gəlib maşınla məni götürdülər. Şəhərin içindən keçib Nügədi istiqamətində davam etdik. Nügədi tatların kompakt … Böyük Qubada kiçik bir gəzinti oxumağa davam et

Əmbil gölü- Şabran

Bütün yayı səyahətlərdə keçirdiyim üçün Bakıya dönüşümdə də yenə hər həftəsonu səyahətə getmək ehtiyacı hiss edirdim. Ancaq 6 aydan sonra yenidən iş mühitinə qayıtmaq, sərbəst, səssiz kənd mühitindən çıxıb şəhərə uyğunlaşmaq bir az çətin oldu. Amma gəlmədən öncə özümü buna hazırlamışdım, üstəlik buranın da müsbət tərəfləri üçün darıxmışdım. Ona görə qəbul etmək çox da uzun çəkmədi. Sentyabrın ikinci yarısında artıq planım hazır idi. Səhər 7 … Əmbil gölü- Şabran oxumağa davam et