
Mən Murad Akif oğlu Heydərov (Akifsoy) Zaqatala Rayonunun Suvagil kəndində anadan olmuşam. 2010-2014-cü illərdə sosial-psixoloji xidmət üzrə bakalavr dərəcəmi Gəncə Dövlət Universitetində almışam.
2017-2019-cu illərdə Türkiyənin Bilgen Terapi Enstitüsündə Koqnitiv-Davranış Terapiyası təhsili almışam. Terapiya təhsili psixoloq və psixiatrlara psixoterapevt olaraq işləmək imkanı verir.
2024-cü ildən etibarən Moskva Geştalt Terapiya və Konsultasiya İnstitutunda “Geştalt Terapiya” təhsili alıram. Bu təhsilim isə 2028-ci ilə qədər davam edəcək.
Psyland Psixologiya və İnkişaf Mərkəzində uşaq və yeniyetmə psixoloqu, 2016-cı ilin fevral ayından etibarən Gənc Psixoloqlar İctimai birliyində koordinator kimi fəaliyyətimə davam edirəm. Psixoloq olaraq olaraq peşəkar fəaliyyətimdə Koqnitiv davranış terapiyası metodları ilə çalışıram. İxtisasımdan əlavə olaraq həvəskar fotoqrafiya, təbiət yürüyüşləri , marketing və futbolla maraqlanıram.
Blogu açmaqda məqsədim araşdırdığım və cəmiyyət üçün vacib hesab etdiyim mövzuları diqqət mərkəzinə qoymaq, oxuduğum, gördüyüm kitab və hadisələri sizə çatdırmaq, professional fəaliyyətimi işıqlandırmaqdan ibarətdir!
Uşaq və yeniyetmə psixoloqu olaraq aşağıdakı problemlər üzrə mütəxəssis dəstəyi göstərirəm;
- Qorxular (qaranlıq, tək qalmaq, heyvanlar və s.)
- Təşviş pozuntusu
- Depressiya
- Özünüqiymətləndirmə problemləri
- Bacı-qardaş qısqanclığı
- Yemək pozuntuları
- Öyrənmə problemləri
- Valideyn-övlad münasibətlərindəki problemlər
- Yuxu pozuntuları
- İtki və yas
- Telefon-kompüter asılılığı
- Ünsiyyət və sosiallaşma problemləri
- Məktəbə hazırlıq və uyğunlaşma (bağça, məktəb ) problemləri
- Disiplin və rol problemləri